Tərk edilməyi niyə həzm edə bilmirik?
Bizi izləyin

Bilgi.az

Tərk edilməyi niyə həzm edə bilmirik?

Bəzi insanlar tərk edilməyi həzm edə bilmirlər. Keçmiş sevgililərindən ya intiqam almağa çalışır, ya da öz həyatlarını məhv edirlər.

Publika.az xəbər verir ki, ABŞ-ın Miçiqan Universitetinin elm adamlarının həyata keçirdikləri yeni bir araşdırma çox maraqlı nəticələr ortaya çıxarıb. Məlum olub ki, sevdiyi bir şəxs tərəfindən rədd edilən insan uzun müddət bu vəziyyətlə barışa bilmirsə, deməli o, gizli depressiya xəstəsidir.

Araşdırmaçıların fikrincə, təcrübə zamanı gizli depressiya xəstələrinin beynində "rədd edilmə duyğusu" ilə mübarizə zəifləyir. Belə ki, alimlər beynin bunun üçün lazımlı hormonları istehsal etmədiyini aşkara çıxardıqlarını deyiblər.

Bu hormanlar "opioyid" adlanır və insanı sakitləşdirən effektə malikdirlər.

Mütəxəssislər bu kəşfin gələcəkdə psixi və sosial problemlər yaşayan insanların müalicəsi üçün yeni dərmanlar yaradılmasına təkan verəcəyini bildiriblər.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm