Minalanmış ərazidə kef edən pinqvinlər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Minalanmış ərazidə kef edən pinqvinlər – FOTOLAR

Folklend adalarındakı pinqvinlərin çox maraqlı tarixçəsi var.

Publika.az-ın xarici mətbuata istinadən məlumatına görə, 18-ci əsrin əvvəlinədək bu adalara balina ovlayan gəmilər daxil olub. Gəmi heyəti ovladıqları balinaların içalatını məhz burada piylərdən və daxili orqanlardan təmizləyərək satışa hazırlayıblar.

Zamanla dənizçilər adalardakı bütün ağacları qırıblar. Soyuqdan qorunmaq, tonqal qalamaq üçün adi kol da tapmaq çətinləşib.

Bunu görən dənizçilər odun yerinə pinqvinləri yandırmağa başlayıblar. Çünki qalın piy qatına malik olan pinqvinlər odundan daha yaxşı yanırlar. Az müddət ərzində pinqvinlərin 95 faizi məhv edilib.

Sonrakı 200 il ərzində balina ovu səngiyib. Tədricən pinqvinlərin populyasiyası öz qaydasına düşüb, əvvəlki sayları bərpa olunub.

1982-ci ildə Folklend adaları üstündə Argentina ilə Böyük Britaniya arasında münaqişə başlayıb. Argentina desantı Britaniyaya məxsus adalara çıxıb. Az zaman kəsiyində argentinalılar adaların hər qarışını minalayıblar.

Münaqişə başa çatsa da, insanlar minalanmış ərazilərə girə bilmir. Ancaq pinqvinlərin çəkisi insanınkından az olduğu üçün minalar onlara təhlükə yaratmır.

Onlar minaların üstündə sərbəst yeriyərək, artıb-çoxalırlar.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm