Keçmiş baş nazir arvadına qarşı xəyanətindən danışdı
Bizi izləyin

Bilgi.az

Keçmiş baş nazir arvadına qarşı xəyanətindən danışdı

Almaniyanın keçmiş baş naziri Helmut Şmidt 68 illik evlilik müddətində arvadına qarşı etdiyi xəyanətdən danışıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş baş nazirin avtobioqrafik xarakter daşıyan kitabının bir hissəsi alman jurnallarının birində çap olunub.

5 il bundan qabaq arvadı Lokini itirən Şmidt deyib: "Mənim başqa bir qadınla münasibətlərim olub".

96 yaşlı keçmiş baş nazir Şmidt "İndiyədək demək istədiklərim" adlı kitabda şəxsi sirlərini bölüşüb. Kitab isə hissə-hissə "Stern" jurnalında nəşr olunur.

"Stern" jurnalına görə, qadın Şmidtin idarə etdiyi sosial demokratlar partiyasının üzvüdür. O, 2 il bundan əvvəl adı məxfi saxlanılan qadının dəfnində də iştirak edib.

Arvadının ölümündən sonra Helmut Şmidt uzun müddət onunla bir yerdə çalışan 81 yaşlı katibəsi Rut Loahla münasibət qurub və onlar hələ də bir yerdədir.

1974-1982-ci illərdə Almaniyanın kansleri olan Şmidt deyib: "Rut mənim həyatımı xilas edib".

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm