• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Heç kimin istəmədiyi atılmış qıza yiyə duran tapıldı - FOTOLAR

  • Maraqlı
  • 6 Mart 2015 15:25
  • 1 367 Baxış
Heç kimin istəmədiyi atılmış qıza yiyə duran tapıldı - FOTOLAR

Üç yaşlı hindistanlı qızcığazdan bir çox ailələr imtina edib. İş ondadır ki, Durqa adlı 3 yaşlı qız doğularkən burnu həşəratlar tərəfindən yeyilib. Zavallı qız valideynləri tərəfindən atıldığı üçün baxımsız qalıb və burnundan məhrum olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Durqa və onun 8 yaşlı bacısı Munniyə sahib çıxan tapılıb. Ögey bacılar 44 yaşlı Ohayo ştatının sakini Kristen Uillyams tərəfindən övladlığa götürülüb.

Kristen qızın qüsuruna baxmayaraq deyib: "Mən qızlarımı çox sevirəm. Onlar mənim hər şeyimdir və birlikdə yaşamağı səbirsizliklə gözləyirəm. Onları ailəmin bir üzvünə çevirdiyim üçün çox xoşbəxtəm".

Kristen özü subay olsa da, hər zaman kimsəsiz uşaqları himayəsinə götürmək istəyib. Onun bu istəyi Kristenin yolunu 2009-cu ildə Hindistandan salıb. O deyib:

"Əvvəlcə kompüterdə valideynsiz uşaqların siyahısına nəzər saldım. Hindistanda bu qədər qızın kimsəsiz olmasına çox təəssüf etdim. Onların arasında Munni adlı qız diqqətimi çox çəkdi. O zaman onun 5 yaşı vardı. Bilmirəm mənə nə olmuşdu, görən kimi Munnini doğma qızım kimi qəbul etdim".

Maraqlısı odur ki, Munninin alnında at nalı formasında böyük bir yara var. Onun necə yaralanması isə məlum deyil. Buna baxmayaraq, Kristen ona qarşı ana məhəbbəti duyub.

2013-cü ilin fevralın 14-də qızın himayədarlığa götürülməsi prosesi başa çatdı. Kristen deyib: "Mən Munnini sevgililər gününün ən böyük hədiyyəsi kimi qəbul edirəm. Sonra isə mən onun üçün balaca qardaş və ya bacı da himayəyə götürmək qərarına gəldim".

Məktəbdə müəllimə işləyən Kristen yenidən Hindistana qayıdaraq övladlığa uşaq axtarıb. Elə bu zaman ona Durqa haqqında məlumat verilir. Durqa doğularkən kolların arasına atılıb. Kolluqlar arasında köməksiz vəziyyətdə qalan yenicə doğulmuş qızın burnu ya vəhşi heyvan, ya da həşəratlar tərəfindən yeyilib. Xoşbəxtlikdən, onu polis aşkar edərək xəstəxanaya çatdırıb. Onun sağ qalması üçün şans az olsa da, Durqa möhkəm qız çıxıb. O qədər zəif olub ki, həkimlər pambığı südə batıraraq ona içirdib. Sağaldıqdan sonra qızcığaz uşaq evində qalıb. Lakin onun burnunun əməliyyatı üçün uşaq evinin kifayət qədər pulu olmayıb. Bu azmış kimi, burnuna görə Durqanı heç kim övladlığa götürmək istəməyib. Uşaq evində qalan 25 qızın hamısına valideyn tapılsa da, Durqanı istəyən tapılmayıb.

Amma Kristen onun şəklini görən kimi fikirləşmədən qızı himayəsinə götürməyə qərar verib. Kristenin yaxşılığı bununla bitmir. O, qızın burnunu əməliyyat etdirmək üçün Ohayo ştatında klinikalardan birinə müraciət edib. Kristen qızlarını öz övladı kimi qəbul edəcək kişiyə ərə gedəcəyini də dilə gətirib.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR