• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İnternetlə tanış olub evlənən ilk cütlük: 20 il sonra - FOTOLAR

  • Maraqlı
  • 7 Mart 2015 13:24
  • 755 Baxış
İnternetlə tanış olub evlənən ilk cütlük: 20 il sonra - FOTOLAR

Kaliforniya sakinləri Bill və Freddi Ştrauss dünyada internetdə tanış olub evlənən ilk cütlük hesab olunur.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, bir-birini tanışlıq saytında tapıb evlənən cütlük bu il həmin hadisənin 20 illiyini qeyd edirlər. Cütlük 1995-ci ildə bəsit "Match.com" saytında tanış olub, 3 ildən sonra isə ailə həyatı qurub.

72 yaşlı Freddi deyir: "Biz internetlə tanış olub evlənən ilk cütlük hesab olunuruq. İnternetlə özümə sevgili axtardığım haqda rəfiqələrimə dedikdə, onlar çox təəccübləndilər. Çünki internet yeni texnologiya idi və bu azmış kimi, bir çox insanların onlayn tanışlıq saytlarından heç xəbəri də yox idi. Lakin dostlarım Billə tanış olduqdan sonra seçimimdə yanılmadığımı anladılar".

Maraqlısı odur ki, 20 il bundan qabaq internetdə şəkil yerləşdirmək asan olmayıb. Bill də öz səhifəsində şəklini qoymağın yollarını bilmirmiş. Onlar bir həftə yazışdıqdan sonra telefonla danışmağa başlayıblar. Daha bir həftədən sonra isə Freddi və Bill görüşməyə qərar verib.

Hazırda 76 yaşı olan Bill ilk görüş zamanı qadını Çin restoranlarından birinə dəvət edib. O, menyuda ən bahalı yeməyi sifariş etməklə Freddini məftun etməyə çalışıb. Lakin yeməyin hesabı gəldikdə, Billin ödəməyə pulu olmayıb. Bu zaman Freddi 5 dollar verməklə onu pis vəziyyətdən çıxarıb. Onların ilk görüşü uğursuz başa çatsa da, Bill Freddini ikinci dəfə görüşə dəvət edərək 5 dollarını qaytarmaq istəyib. Beləcə, onlar dəfələrlə görüşməyə başlayıblar. Tezliklə Bill Freddinin evinə köçüb. 3 ildən sonra isə onlar nikaha giriblər.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR