Ölmüş adam seçkilərdə qalib gəldi
Bizi izləyin

Bilgi.az

Ölmüş adam seçkilərdə qalib gəldi

Amerikanın Anderhill (Vermont ştatı) şəhərində keçirilən yerli inzibati orqan seçkilərində ölmüş şəxs qalib gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, seçkilərdən bir gün əvvəl namizədlərdən biri vəfat edib və yerli hakim orqanlar bu haqda seçicilərə məlumat verməyib.

20 il Amerika silahlı qüvvələrində xidmət edən 55 yaşlı Kevin Tarrant seçkilərin keçirilməsinə bir gün qalmış gecə ürək çatışmazlığından vəfat edib. Şəhər qaydalarına görə, seçki günü namizədləri müzakirə etmək və təşviqat aparmaq qadağandır. Ona görə də, siyasətçinin ölüm xəbəri haqqında Anderhill sakinlərinə məlumat verilməyib və onlar da mərhum Kevin Tarrantı 3 illiyinə seçib.

İndi isə yerli məmurlar yaranmış vəziyyətdən çıxış yolu axtaracaq. Onlar inzibati orqana namizədi ya özləri seçməli, ya da yenidən seçkiləri keçirməlidir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm