İt insanın xərçəngə tutulmasını duya bilib
Bizi izləyin

Bilgi.az

İt insanın xərçəngə tutulmasını duya bilib

ABŞ-da xərçəng xəstəliyini iydən duya bilən itlə keçirilmiş təcrübələr müsbət nəticə verib.

Publika.az-ın məlumatına görə, uğrla bitən laborator təcrübələrdə iştirak edən it qalxanvari vəzin xərçənginin gizli simptomları olan xəstələri iyləyib ayırd edə bilib.

Franki adlı Alman qoyun iti təcrübələrdə iştirak etmiş sağlam və xərçəng xəstəliyinə tutulmuş pasiyentləri onların sidiyinin iyi əsasında fərqəndirib.

Keçirilmiş 34 laborator təcrübədən 30-da Franki nümunələri düzgün ayırd edə bilib. Alimlər hesab edir ki, bu nəticələrdən xərçəngin diaqnostikasının yeni metodlarında istifadə oluna bilər.

Keçirilmiş təcrübələr, o cümlədən, xərçəng əlamətlərini elektron iy analizatoru vasitəsilə müəyyən edilə bilməsinin mümkünlüyünə ümidlər yaradıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm