Tər ləkəsi necə çıxarılır?
Bizi izləyin

Bilgi.az

Tər ləkəsi necə çıxarılır?

Açıq rəng köynəklər və ya qolsuz köynəklərdə yaranan tər ləkələsi çox səliqəsiz görünür. Təəssüf ki, yuyucu tozlar çətin ləkərin öhdəsindən hər zaman gələ bilmirlər. Xüsusilə açıq rəngli geyimlərdə yaranan tər ləkəsi nə qədər yuyulsa da, bəzən izi qalır. Bəs, bu ləkələri necə təmizləmək olar?

Bu ləkələri təmizləməyin ən əlverişli yolu təbii vasitələrdən istifadə etməkdir. Limon və duz sayəsində paltardan tər ləkəsini asanlıqla çıxarmaq olar.

Ləkəli hissəni limon suyu ilə isladın. Üzərinə bir çay qaşığı duz səpin. Ləkəni ovaraq təmizləyin və soyuq su ilə yaxalayın. Limon tər ləkələrinin öhdəsindən gəlmək üçün ən ideal variantdır.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm