Fili xəndəkdən necə çıxarmalı – VİDEO/FOTOLAR
Bizi izləyin

Bilgi.az

Fili xəndəkdən necə çıxarmalı – VİDEO/FOTOLAR

Keniyada Mikundu şəhərinin yaxınlığında yerləşən Milli Parkda olay baş verib.

Publika.az xəbər verir ki, aramsız yağışlardan sonra torpaqda çöküntülər yaranıb. Parkda olan cavan fillərdən biri dərin xəndəyə düşüb və 12 saat ərzində orada qalıb. Ekoloqlar nə qədər cəhd etsələr də heyvanı xəndəkdən çıxara bilməyiblər.

Sonradan onlar tikinti şirkətinə müraciət edərək kömək istəyiblər.

Hadisə yerinə ağır texnika gətirilib. Ekskavator xəndəyi genişləndirərək yol açıb. Bundan sonra heyvan düşdüyü tələdən müstəqil çəkildə çıxıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm