On səkkiz aylıq körpə möcüzəli şəkildə sağ qaldı - FOTOLAR
Bizi izləyin

Bilgi.az

On səkkiz aylıq körpə möcüzəli şəkildə sağ qaldı - FOTOLAR

ABŞ-ın Yuta ştatında 18 aylıq körpə qız sözün əsil mənasında möcüzə şəklində xilas olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, azyaşlı körpə çaya düşən maşından 14 saatdan sonra xilas edilib. Lakin başı aşağı çevrilmiş avtomobildən onun anası sağ çıxmayıb.

18 aylıq Lili Qrosbeki bbalıqçı tərəfindən tapılıb. Balıqçı çayın ətrafından gələn uşaq səsinin izinə düşüb. Avtomobil çayın üzərindən keçən körpünün altında qəzaya düşdüyü üçün səsin haradan gəlməsini əvvəlcə ayırd etmək olmayıb.

Xoşbəxtlikdən, 30 dərəcə temperaturlu soyuq su avtomobildə qalan körpəyə çatmayıb. Onun anası isə elə əyləc arxasında vəfat edib. Körpə aşkar edilərək dərhal uşaq xəstəxanasına aparılıb. Uşağın vəziyyəti normaldır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm