• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sekslə bağlı əfsanələşmiş yalanlar

  • Maraqlı
  • 10 Mart 2015 04:17
  • 1 160 Baxış
Sekslə bağlı əfsanələşmiş yalanlar

Sekslə bağlı qulaqdan-qulağa yayılan yanlış informasiyalar insanları seksdən uzaqlaşdırır. Bəzi məlumatlar yalan olsa da, əfsanələşir və ən çox da gənclərin intim həyatına mənfi təsir edir.

Sekslə bağlı mifə çevrilmiş yalanları təqdim edir:

1.Kişilər hər an sekslə məşğul olmağa hazırdırlar.

Qadınlar elə bilirlər ki, kişilər hər an sekslə məşğul olmağa hazırdırlar. Amma kişilər də, qadınıar kimi bəzən sekslə məşğul olmaq istəmirlər. Stress və gündəlik problemlər kişiləri seksə qarşı soyuq olmağa vadar edir.

2. Qadın və kişi eyni vaxtda orqazm olmalıdır.

Qadın və kişinin fiziologiyası fərqlidir. Buna görə də fərqli zamanlarda orqazm olmaları normaldır.

3. Toy gecəsi sekslə məşğul olmaq qadın üçün ağrılıdır.

Normal şərtlərdə cütlük bir-birini sevirsə və sevişməyə 10 dəqiqə vaxt ayırıblarsa, qadın ağrı hiss etməz. İlk dəfə sekslə məşğul olanda qızlıq pərdəsi açılsa da, qanama olmaya da bilər.

4. Sevişmək mütləq orqazm ilə nəticələnməlidir.

İki tərəf də fikrini ancaq orqazm olmağa yönəldibsə, böyük ehtimalla orqazm ola bilməyəcəklər. Cinsi əlaqə zamanı orqazm olmamaq, o əlaqədən zövq alınmadığı mənasına gəlmir.

5.Masturbasiya zərərlidir.

Masturbasiyanın cinsi istəyi yox etdiyi və zərərli olduğu inancı yanlışdır. Cəmiyyətimizdə əxlaqsızlıq və günah kimi təbliğ edilən masturbasiya əslində fərdin sağlamlığı üçün lazımlıdır. Hər halda ətrafımızda təcavüz edən insanların olmasındansa, öz cinsi təlabatını ödəyən insanların olması daha yaxşıdır.

6. Kişilərdə cinsi orqanın böyüklüyü önəmlidir.

Bu, tamamilə səhv düşüncədir. Çünki cinsi orqanın ölçüsü ilə kişinin cinsi fəallığı rasında heç bir əlaqə yoxdur. Əsas olan qadını xoşbəxt edə bilməkdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR