Bilgi.az
Dünyanın ən təhlükəli cığırı: onu yenidən açırlar - FOTOLAR
"El Caminito del Rey" (Kral cığırı) adlı yol İspaniyada yerləşir. İlk baxışdan qısa yola oxşayan cığır əslində 1999-2000-ci illərdə 5 insanın ölümünə səbəb olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adı çəkilən cığır dünyanın ən təhlükəli keçidi hesab olunduğu üçün 2001-ci ildən bəri turistlərin üzünə bağlanıb. Lakinbu keçidi 14 ildən sonra yenidən ictimaiyyətin üzünə açılır.
Ensiz cığır İspaniyanın Malaqa əyalətində yerləşir. Təhlükəli yol 100 metr hündürlükdən dərənin üzərindən keçir.
Kral cığırı hələ 1905-ci ildə inşa edilib. Cığır Çorro və Qaytaneho şəlalələrinin arasında tikilib. 1901-1905-ci illərdə fəhlələr iki şəlalənin arasında hidroelektrik stansiyanı tikmək üçün "Kral cığırını" inşa ediblər. Hidroelektrik stansiya inşa edildikdən sonra İspaniya kralı XIII Alfonso mərasimdə iştirak edərək həmin keçiddə dayanıb. O vaxtdan etibarən, keçidin adı "Kral cığırı" kimi qalıb.
Keçid 2001-ci ildə ictimaiyyətin üzünə bağlansa da, hökumət tərəfindən təmir edildikdən sonra yenidən açılır. Keçidin rəsmi açılışı martın 28-də baş tutacaq. Cığırın təmirinə 3 milyon dollar xərclənib. Təmirdən çıxan keçiddən isə ilk olaraq İspaniya kralı Felipe keçəcək.
Nura
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ