Keçmiş birinci xanım 20 il azadlıqdan məhrum edildi – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Keçmiş birinci xanım 20 il azadlıqdan məhrum edildi – FOTOLAR

Kot-d İvuarın keçmiş birinci xanımı 20 il azadlıqdan məhrum edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ölkənin keçmiş birinci xanımı Simona Qbaqbo 2010-2011-ci illərdə siyasi böhran zamanı "milli təhlükəsizliyin pozulmasına" cəhddə ittiham olunur.

Hakimlər yekdilliklə 65 yaşlı Qbaqbonu günahkar bilib. Bununla belə, 2014-cü ilə kimi davam edən məhkəmə prosesi zamanı prokuror ona 10 il həbs cəzası vermək istəyib.

Qeyd edək ki, Kot-d İvuarı 10 il idarə edən Loren Qbaqbo 2010-cu ildə keçirilən prezident seçkilərində rəqibi Assalan Uattareyə məğlub olub. Lakin Qbaqbo prezident postunu tərk etmək istəməyib. Nəticədə yaranmış siyasi böhranda Qbaqbo və Uattara tərəfdarları arasında silahlı toqquşma yaranıb. Aylarla davam edən toqquşmada 1000-ə yaxın insan həlak olub. Qbaqbo tərəfdarlarının müqaviməti sonda 2011-ci ildə BMT və Fransa hərbçilərinin müdaxiləsindən sonra qırılıb.

Keçmiş prezident Loran Qbaqbo bəşəriyyətə qarşı cinayətdə ittiham olunaraq Beynəlxalq cinayət məhkəməsinə verilib. Onun məhkəmə işinə 2015-ci ilin iyul ayında baxılacaq.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm