Evdəki pis qoxuları yox etməyin yolları
Bizi izləyin

Bilgi.az

Evdəki pis qoxuları yox etməyin yolları

Zibil qutusu, yemək, siqaret və.s hər biri evdəki pis qoxuların əmələ gəlməsinə səbəb olur. Bəs, bu pis qoxulardan xilas olmaq üçün nə etməliyik? Publika.az-ın "Maraqlı" bölməsi evinizdə olan bütün pis qoxuları aradan qaldıran maraqlı çıxış yollarını təqdim edir:

Zibil qutusunun qoxusu

Zibil qutusundakı pis qoxuları aradan qaldırmaq bir kənara, yaranmamasını təmin etmək də mümkündür. Bunun üçün xüsusilə tərəvəz, meyvə və yemək artığı kimi zibilləri həmişə ağzı bağlanan paket və kisə kağızların içinə yığıb zibilə atın. Bundan başqa, hər gün olmasa da, iki-üç gündən bir zibil vedrəsini yuyucu maddə ilə yaxşıca yaxalayın. Beləliklə, kiçik milçəklərin yaranmasının da qarşısı alınar. Ən yaxşı variant isə tullantını marketlərdə satılan zibil torbalarına yığmaqdır. Həmin torbalar dolanda isə ağzını bağlayaraq atın.

Yemək qoxusu

Nə qədər diqqətli olsaq da, bəzi tərəvəzlərin qoxularının evə yayılmasının qarşısını almaq olmur. Məsələn, kələm, kərəviz kimi tərəvəzlər bu siyahıya daxildir. Halbuki, həmin tərəvəzlərə suda qaynayarkən bir az göbələk sapı atmaqla qoxusunun yayılmasının qarşısı almaq olar. Qızartmalarda isə yağa bir az cəfəri əlavə etdikdə dərhal öz təsirini göstərir.

Balıq qoxusunu aradan qaldırmaq üçün odun üzərində bir çimdik çay yandırın. Bu, çox təsirli üsullardır.

Qab-qacaqlardan balıq qoxusunu limonla silərək yox edin. Amma qəhvə qalıqları da eyni funksiyanı yerinə yetirir Ya da açıq bir qab içində sirkəli su qaynadaraq, balıq qoxusunu azaltmaq mümükndür.

Soyuducu qoxusu

Yeməklərin üstünü örtmədən soyuducuya qoymaq birbaşa xoşa gəlməyən qoxuların yaranmasına səbəb olur. Amma bəzən yeməkləri soyuducuya ağzı açıq halda yerləşdirmək məcburiyyətindəyik. Belə bir vəziyyətdə soyuducuya ağzı açıq halda bir az karbonat qoyun. Karbonat bütün qoxuları maqnit kimi özünə çəkir. Bir kasa sirkə də eyni işi görür. Pendir olan qablara da bir miqdar kəklikotu qoymağı unutmayın.

Otaq qoxusu

Uzun məzuniyyətə çıxdıqda etibar etdiyiniz yaxınlarınız hərdən bir gəlib evə baş çəksə və pəncərələri açıb evin tez-tez havasını dəyişsə də, otaqlara yenə də pis bir qoxu hopur. Havasızlığın yaratdığı pis qoxuların qarşısını almaq mümkündür. Bundan sonra tətilə çıxarkən, ya da evdən uzun müddət uzaqlaşdıqda otaqlara kiçik qablarda qurudulmuş lavanda çiçəyi qoyun. Beləliklə, səfərdən qayıdan zaman pis qoxular sizi narahat etməyəcək.

Qarderob qoxusu

Qarderoblarda pis qoxuları yox etmək üçün və paltarınıza xoş qoxunun hopması üçün, limon və ya portağala mixək batıraraq onları şkafdan asın. Qorxmayın, meyvələr kiflənmir. Sadəcə, kiçilir, amma hələ də xoş bir qoxu yaymağa davam edirlər. Mixəkli və limonlu portağalı qarderobda 1 həftə saxlamaq olar.

.

Siqaret qoxusu

Qəhvə kisəcikləri asın: Səhərlər oyanmaq üçün dəmlədiyiniz qəhvə qoxusu da, siqaret qoxusunu azaldır. Tül parçadan bir neçə dənə kiçik kisə tikin, içlərini qəhvə ilə doldurun və evinizin müxtəlif yerlərinə, xüsusən siqaret çəkilən sahəyə asın. Qəhvə evinizə hopan siqaret qoxusunu əməcək və yerinə xoş, ətirli qoxu yayacaq.

Külqabıları dolu saxlamayın

Mümkünsə, evinizdə siqaret çəkilməsinə icazə verməyin, külqabıları dolu saxlamayın. Əgər bu vəziyyətə mane ola bilmirsinizsə, siqaret dumanının dağılmasını əngəlləyən kül qabılarından istifadə edin və siqaret çəkilərkən pəncərələri açın. Pərdələri də açsanız, otağın havasının daha yaxşı dəyişir.

Ətirli şam yandırın

Siqaret çəkilən sahədə mütləq ətirli şam yandırın. Həmçinin bu məsələdə otaq üçün satılan ətirlər də alın. Quru çiçəklərdən hazırlanmış qarışığı kiçik masanın ortasına yerləşdirin. Bu, eyni zamanda olduqca dekorativ görünür.

Limon və portağal

Əgər evinizə siqaret qoxusu hopusa, onu aradan qaldırmağın ən asan yollarından biri limon və portağaldır. Bunun üçün bir neçə dənə limon və portağal dilimini siqaret çəkilən yerə yerləşdirin. Ancaq dilimləri bir, ən çoxu iki gün sonra qoyduğumuz yerlərdən yığmağı unutmayın.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm