• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

11 ildir hıçqırır - Belə də xəstəlik olar? - VİDEO

  • Maraqlı
  • 18 Fevral 2014 17:00
  • 1 016 Baxış
11 ildir hıçqırır -  Belə də xəstəlik olar? - VİDEO

46 yaşlı Amanda Korbi gün ərzində hər 2 saniyədən bir hıçqırır. Bu hıçqırıq krizi təxminən 10 dəqiqə davam edir.

Artıq 10 ildən çoxdur ki, hıçqırıq bu qadından əl çəkmir. Onun bu halı həkimləri əməlli çaşbaş salıb.

Problemin başladığı 2003-cü ildən indiki dövrə qədər qadın nə az, nə çox təxminən 3 milyon dəfə hıçqırıb.

Qadın deyir: “Hər şey mən işdə olarkən başladı. Uzun müddətli hıçqırıqdan sonra bunun yediklərimdən qaynaqlandığını düşündüm. Lakin hıçqırmağa davam etdim. Günlər həftəyə, həftə aya, ay isə ilə çevrildi”.

Həkimlər Amandaya hıçqırıq başladıqda 1 qurtum su içməyi məsləhət görsə də xeyri olmayıb. Qadında bu problemin nədən yarandığı bilinmədiyi üçün qarşısını da almaq olmur. Belə ki, Korbi hipnoz terapiyası qəbul edərək hıçqırığa son qoyub, lakin bir neçə aydan sonra hər şey yenidən başlayıb.

Xatırladaq ki, hıçqırıq üzrə dünya rekordu 1991-ci ildə vəfat etmiş amerikalı Çarli Osborna məxsusdur. O, üzərinə donuz düşdükdən sonra 1922-ci ildən 1990-cı ilədək, 68 il müddətində daimi hıçqırıqdan əziyyət çəkib.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR