• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadınların ürəyini fəth etmək istəyən kişilərin danışdığı yalanlar

  • Maraqlı
  • 11 Mart 2015 13:10
  • 425 Baxış
Qadınların ürəyini fəth etmək istəyən kişilərin danışdığı yalanlar

Qadınların ürəyini ələ keçirmək üçün min bir oyundan çıxan kişilər yalan danışmaqdan da çəkinmirlər. Burada məqsəd qadınların xəyalındakı ideal kişi obrazına maksimum dərəcədə oxşamaqdır.

Publika.az yeni tanışlıq ərəfəsində kişilərin ən çox müraciət etdiyi yalanları təqdim edir:

1.Kişilər idmanla məşğul olmasalar belə, qadınların gözündə güclü görünmək istəyirlər. Ona görə də məktəb illərində əllərinə 1-2 dəfə basketbol topu alıblarsa, bu haqda bol-bol danışmaqdan çəkinməyəcəklər. Hətta o, basketbolçu və ya futbolçu kimi çox qabiliyyətli olduğunu, ancaq müəyyən səbəblərdən bu sahədə karyera qurmadığını deyə bilər.

2. Kişilər xoşladıqları qadınla ilk dəfə yemək yeməyə gedəndə ən lüks restoranı seçərək, hesabı ödəməyə can atarlar. Hesab nə qədər böyük olsa da, pulun heç bir əhəmiyyəti yoxmuş kimi davranarlar. Məqsəd isə qadını maliyyə imkanının geniş olmasına inandırmaqdır.

3. Kişilərin 90 faizi musiqi zövqünün qadınlara müsbət təsir etdiyini düşünürlər. Bəyəndiyi qadının sevdiyi musiqi tərzini və müğənniləri öyrənən kişi dərhal hərəkətə keçərək həmin musiqi janrının pərəstişkarı kimi davranmağa başlayır. O günə qədər adını belə eşitmədiyi müğənnilərin konsertinə gedən və mahnılarını oxumağa çalışan kişinin tək məqsədi yaxın olmaq istədiyi qadına xoş təsir bağışlamaqdır.

4. Kişilər qadınların onları potensial sevgili kimi görməklərini istədikləri üçün keçmiş əlaqələrindən bəhs edərkən bəzi həqiqətləri təhrif edirlər.

Keçmiş sevgilisinə heç də xoş günlər yaşatmayan kişi yeni sevgili namizədi olan qadına başqa nağıllar danışar. Keçmiş sevgilisi ilə çox yaxşı vaxt keçirdiklərini, heç vaxt bir-birlərini incitmədiklərini deyərək, ideal kişi kimi görünməyə can atar.

5.Kişilər qadınların zəkaya çox önəm verdiklərini bilirlər. Ona görə də hər fürsətdən istifadə edərək ağıllı və savadlı olduqlarını nümayiş etdirirlər. Çox vaxt qadınların maraq dairəsindən uzaq olan mövzulardan - siyasətdən və iqtisadiyyatdan bəhs edərək təhsilli olduqlarını sübuta yetirməyə çalışırlar.

Ləman Sultan

Xəbər lenti

DAHA ÇOX XƏBƏR