NASA nəhəng UNO-nun görüntülərini yayımlayıb - FOTO
Bizi izləyin

Bilgi.az

NASA nəhəng UNO-nun görüntülərini yayımlayıb - FOTO

Tədqiqatçılar NASA-ın rəsmi saytında 12 yanvar 1986-cı ildə çəkilmiş iki köhnə şəkil aşkar edib

Tədqiqatçılar NASA-ın rəsmi saytında 12 yanvar 1986-cı ildə çəkilmiş iki köhnə şəkil aşkar edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Fotoda Yerin orbitində qara üçbucaq formasında UNO aydın görünür.

Bu, əksəriyyətin iddia etdiyi kimi hansısa bir toz dənəciyi deyil. Çünki ikinci şəkildə obyekt birinci şəkildəkinə nisbətən yerini dəyişib.

Şəkillər arasındakı vaxt amilini nəzərə alanda (iki şəkil arasında 17 saniyə fərq var) obyektin ikinci şəkildə kifayət qədər uzaqda yerləşdiyi görünür. Bu onu sübut edir ki, UNO yüksək sürətlə hərəkət edir. Məhz buna görə də, şəkildəki cismin kosmik zibil olması fərziyyəsi istisna edilir.

Qeyd edək ki, bu şəkillər əl fotoaparatı ilə çəkilib və astronavt bu heyrətamiz hadisəyə şahid olub.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm