• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uşaqlarla cinsi mövzuda söhbət etməyin yolları

  • Maraqlı
  • 12 Mart 2015 04:15
  • 589 Baxış
Uşaqlarla cinsi mövzuda söhbət etməyin yolları

Uşaqlara cinsi mövzuların necə izah olunması daima valideynləri düşündürən məsələdir. Bəzi valideynlər ümumiyyətlə, bu mövzu haqqında söhbətin lüzumsuz olduğunu, bəzilərinin isə övladlarına müəyyən qədər məlumat verilməyinin tərəfdarıdır. Bəs görəsən bu işin düzgün həlli necədir? Övladlarımızı hansı yaşda, hansı üslubda cinsi məlumatla bilgiləndirməliyik?

Bu barədə Türkiyənin məşhur psixoloqu, professor Doğan Cüceloğlu özünün rəsmi səhifəsində maraqlı və faydalı yazı dərc edib. Publika.az yetkinlik yaşına çatan oğlan övladları ilə ataların cinsi söhbətləri haqqında sözügedən mütəxəssisin rəyini oxuculara təqdim edir:

Hər kəsi bir sual maraqlandırır: "Uşaqlarla cinsi mövzuda danışmaq lazımdır?". Baxır bu mövzuda necə və hansı üslubda danışacağınıza. Cinsi münasibəti yalnız nəsil artırmaq kimi izah etmək, cinsiyyət orqanlarını anatomiyası və fəaliyyəti haqqında məlumat vermək çox səhv yanaşmadır. İnsan həyatında cinsi münasibət çox həssas və dərin bir mövzudur. Bu mövzuya düzgün bilgi, həssaslıq və lazımi sayğı ilə yanaşmaq lazımdır.

Kimsə gəlib sizə desə ki, "Sənə nə mənim necə maşın sürdüyümdən, maşın mənim deyilmi? Özüm bilərəm onu necə idarə etdiyimi". Əgər bir cəmiyyətdə maşın sürməyə bu cür münasibət varsa, o cəmiyyətdə çox qəzalar olacaq, çox insana zərər dəyəcək. Eyni şəkildə də "Cinsi münasibət iki nəfər arasındakı əlaqədir. Ona görə də bu münasibət ancaq o iki insanı maraqlandırır" düşüncəsi heç də həqiqəti əks etdirmir. Bunun üçün də bu mövzunun düzgün şəkildə müzakirəsi və sağlam yanaşma tərzinin formalaşdırıması vacibdir.

Məsələn, yetkinlik yaşına çatmış oğlan övladı ilə ata bu mövzunun necə müzakirə etməlidir? Gəlin bunu qısa dialoq şəklində bir nümunəsini verək:

Ata olaraq ilk addım oğlu ilə inamlı münasibət qurmaqdır. Övladınızla sadəcə ikinizin olduğu sakit və ona inam hiss verənə bir yerdə söhbət etməyiniz vacibdir.

Ata: Oğlum, səninlə 5 dəqiqəlik söhbət etmək istəyirəm. Vaxtın olanda mənə xəbər edə bilərsənmi?

Oğul: İndi vaxtım var. Danışa bilərik?

Ata: Bəli, danışaq.

Oğul: Nə olub, ata? Nə haqqında danışacağıq?

Ata: Səndən bir şey soruşmaq istəyirəm. Təsəvvür et ki, sən atasan və bir oğlun var. Oğlun böyüdükcə evdə yemək yemir. Artıq o restoranlarda, kafelərdə və müxtəlif məkanlarda qıdalanır. Ancaq həmin məkanların bəzilərindəki qidalar onun həyatı üçün təhlükəlidir. Ancaq elə bir reklam kampaniyası var ki, həmin qidaların təhlükəli olduğunu hiss etmək çox çətindir. Qida firmaları övladının sağlamlığı ilə maraqlanmır. Onlar yalnız öz məhsullarının satılmasını istəyir. Sənə sualım budur: Oğlunla oturub sağlam qidalar haqqında söhbət edərdinmi?

Oğul: Əlbəttə, onunla danışardım?

Ata: Niyə?

Oğul: O, mənim oğlumdur və mən oğlumu sevirəm. Onun həyatını sağlam yaşamağını arzulayıram. Bunu məndən niyə soruşursan, ata?

Ata: Oğlum, çünki mən də səni sevirəm. Səninlə həyatın vacib bir istiqaməti haqqında danışmaq istəyirəm. Bu barədə çox səhv məlumatlar var. Hər kəs öz mənfəətinin arxasınca gedir. Sənə zərərin dəyməsini istəmirəm. Artıq böyümüsən. Təbii olaraq bədənin, psixologiyan da dəyişir. Artıq sən kiçik uşaq deyilsən. Özünün özündən gözləntilərin var. Reklamlar və bu tipli "bilgilər" səndən istifadə etmək üçün özlərinin gizli mesajlarını verirlər. Məsələn "Gənc, səndə bir əskiklik var. Bu halınla qızlar səni bəyənməz. Əgər bu telefonu (paltarı, maşını, ətri və s.) alsan qızların diqqətini çəkəcəksən". Hər gün bu cür psixoloji bombardıman davam edir. Əgər sən bunların təsiri altında qalsan çox böyük səhvlər edə bilərsən. Bizə təlqin olunan bu cür mesajların təsirinə düşdükcə özümüzdən uzaqlaşırıq. Özümüz özümüzə dəyərsiz olur. Ən pisi isə bunun fərqinə varmamağımızdır.

Oğul: Mənə nə satın alacağımı deyəcəksən?

Ata: Xeyr! Səninlə gənc bir oğlan kimi qızlarla münasibətin haqqında söhbət etmək istəyirəm. Sənə bu mövzu haqqında satılan zərərli qidaların övladına zərəri haqda bəhs edən ata kimi bəzi məlumatlar vermək istəyirəm. Səndən xahişim budur ki, hər gün mənə beş dəqiqə ayırasan. Ata-oğul rahat danışacağımız bir yerdə söhbət edək. Əminəm ki, sən də öz övladınla bu cür söhbətlər edəcəksən. Təklifimi qəbul etdiyin üçün təşəkkür edirəm. Sabah saat neçədə görüşək?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR