Jurnalist canlı efirdə qarət edildi – FOTOLAR/VİDEO
Bizi izləyin

Bilgi.az

Jurnalist canlı efirdə qarət edildi – FOTOLAR/VİDEO

Cənubi Afrikanın "SABC" televiziya kanalının jurnalisti Vuyi Mvako canlı efirdə qarət edilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə müxbir Yohannesburq şəhər xəstəxanasının qarşısında reportaj apararkən baş verib.

Reportaj zamanı ona iki nəfər yaxınlaşıb. Kişilərdən biri onu tapança ilə hədələyərək mobil telefonunu tələb edib. Mvoko qarətçilərin tələbini yerinə yetirib. Canilər mobil telefonu aldıqdan sonra ərazidən uzaqlaşıblar.

Mvoko yaşanmış insidentlə bağlı deyib: "Əvvəlcə mobil telefonu vermək istəmədim. Lakin qarətçilərdən biri digərinə "bu itə atəş aç" deyəndə onlara telefonu təhvil verməli oldum".

Cənubi Afrikanın redaktorlar cəmiyyətinin nümayəndəsi baş verən hadisəni kəskin tənqid edib. Cəmiyyətdən verilən xəbərə görə, ölkədə qarətçilik gündəlik həyat tərzinə çevrilib, lakin bu vaxta qədər heç zaman canlı efirdə jurnalist qarət olunmayıb. Şəhər polisi insidentlə bağlı hələ ki şərh verməyib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm