Hansı ölkədə nəyə qənaət edirlər? – QƏRİBƏ DÜNYA – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Hansı ölkədə nəyə qənaət edirlər? – QƏRİBƏ DÜNYA – FOTOLAR

Nəinki kasıb ölkələrin, hətta zəngin ölkələrin sakinləri də pullarına qənaət edir.

Publika.az inkişaf etmiş ölkələrin sakinlərinin nələrə qənaət etməsini təqdim edir.

Fransa: hədiyyə

Qənaətcil fransızlar hədiyyələrə çox pul sərf etməyə alışmayıb. Bundan əlavə, fransızlar öz evdə qalan əşyalarını də satışa çıxarır. "Opinionway" şirkətinin apardığı tədqiqatlara görə, fransızların 52 faizi Yeni il hədiyyələrini satışa çıxarmağa hazırdır. Fransızlar qonşu ölkələrdən fərqli olaraq, hədiyyəyə az pul sərf edir. Məsələn, Fransada hədiyyənin orta qiyməti 41 avro olduğu halda, Avstriyada 57 avrodur.

İsveç: paltaryuyan maşın

İsveç mənzillərində çox nadir hallarda paltaryuyan maşına rast gələ bilərsiniz. Adətən, sakinlər ümumi paltaryuma məntəqəsinə müraciət edir. Burada bütün binanın sakinləri hamı üçün nəzərdə tutulmuş paltaryuyan maşınlarının xidmətindən istifadə edir. Əgər bina böyükdürsə, o zaman paltaryuyan maşınların da sayı çox olur. Sakinlər isə paltarı yumazdan öncə siyahı üzrə növbəyə düzülür. Həmin məntəqədə paltaryuyan, paltar qurudan və paltar ütüləyən maşınlar da olur. Lakin isveçlilər çox nadir hallarda paltarı ütüləyir. Onlar yalnız iş kostyumu və köynəklərini ütüləməyə üstünlük verir. Şəxsi paltaryuyan maşınlar isə imkanlı və şəxsi evlərdə yaşayan insanlarda olur.

Almaniya: isinmək üçün qızdırıcı (qrelka)

Avropanın ən qənaətcil sakinlərindən biri də almanlardır. Onlar yeməyə, nəqliyyata və kommunal xərclərin aşağı salınması üçün bir çox yollar tapıblar. Məsələn, qışda alman evləri kifayət qədər soyuq olur. Əgər qonaq otağında hava temperaturu 20 dərəcə istidirsə, o zaman yataq otağı 14 dərəcə isti olur. Gecələr qış soyuğu ilə mübarizə aparmaq, qızınmaq üçün qızdırıcıdan (qrelka) istifadə edir. Belə qızdırıcılardan biri də uşaqlara verilən yumşaq oyuncaq formasında olur. Qızdırıcı-oyuncağı mikrodalğalı sobada qızdırmaqla onunla isinmək olar.

Misir: tavansız evlər

Bir çox səyahətçiləri bir sual maraqlandırır: nəyə görə Misirdə evlərin tavanı olmur? Adətən, bu suala 2 cavab verilir. Birincisi: tavansız ev yarımçıq tikilmiş hesab olunduğu üçün mülkə görə vergi vermirsən. Ölkədə yağıntı azdır, iqlim isə istidir. Ona görə də tavansız yaşamaq olar, vergi verməməklə isə pulun cibində qalır. İkincisi: ailənin böyük oğlu evlənənə qədər ev yarıtikilmiş olur. O, özünün və arvadının pulu ilə damı tikməlidir. Bu səbəbdən, tavansız ev həmin ailənin vəziyyətini göstərmiş olur. Tavan yoxdursa, demək ki, evin böyük oğlu ya çox gəncdir, ya da özünə hələ də uyğun arvad tapa bilməyib.

Yaponiya: ümumi vanna

Yaponiyada ailə üzvləri növbə ilə vanna qəbul edir. İş ondadır ki, vannaya yalnız bir dəfə su doldurulur. Bu azmış kimi, ailə üzvləri çimdikdən sonra həmin su ilə paltaryuyan maşında paltarlarını yuyurlar. Su soyuduqda isə isti suyu açıb onu isitmək əvəzinə yaponlar həmin vannanın içindəki suyu qızdırırlar. Vanna pultla idarə olunan xüsusi istimə sistemi ilə işləyir. Həmin sistem vannadakı suyun temperaturunu nizamlayır. Bununla da gündoğar ölkənin sakinləri kommunal xərclərə qənaət etmiş olur. Lakin Yaponiyada ailə üzvlərinin eyni zamanda vannada çimməsi qənaətdən yox, mədəniyyətdən irəli gəlir.

Belə tərzdə vanna qəbulu ilk baxışdan gigiyenik hesab olunmaya bilər. Əslində bu prosedur Avropa ölkələrinkindən fərqlənir. Çünki Yaponiyada vannalar sanki kiçik hovuzdur. Vanna dərindir və içərisi kaşılarla bəzədilir. Bundan əlavə, vannaya girməzdən əvvəl yaponlar duş qəbul edir.

Amerika: avtomobil

Dünyada ən çox avtomobil istifadə edən sakinlərdən biri də amerikalılardır. Bununla belə, onlar nəqliyyata da qənaət edir. Məsələn, Amerika sakinləri bir avtomobili on illərlə istifadə edir. Avtomobil atadan oğula keçir. Amerikalıların 40 faizi avtomobil sınıq-sökük vəziyyətə düşənə qədər istifadə edir.

Avstraliya: alış-veriş üçün çanta

2008-ci ildən etibarən Avstraliyada mağazalarda plastik paketlərin satışına qadağa qoyulub. Sakinlər isə bu qadağanı bəyənib. Belə ki, onlar paketə əlavə pul verməyərək aldıqları əşyaları öz şəxsi çantalarına yığır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm