• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Sürücüləri qorxuya salan yol - FOTOLAR

  • Maraqlı
  • 14 Mart 2015 11:26
  • 653 Baxış
Sürücüləri qorxuya salan yol - FOTOLAR

İndiana ştatının Amiti şəhərciyinə aparan yolda yerləşən təpə bir çox insanları qorxuya salır. Xüsusilə axşam çağı qəribə təpənin qarşısından keçən avtomobil sürücüləri həmin yeri tezliklə ötüb keçməyə çalışır. İş ondadır ki, Amiti şəhərinə aparan yolun tən ortasında qəbir yerləşib.

Publika.az xəbər verir ki, bu tarix öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür. İki əsr bundan qabaq Amiti kiçik bir kənd olub.

1808-ci ildə Nensi Kerlin Barnett adlı 14 yaşlı qız ərə gedərək 11 uşaq dünyaya gətirib. Nensi hər axşam təpənin üzərində oturaraq ulduzlara tamaşa etməyi sevərdi. O, 1831-ci ildə vəfat edib. Lakin ölməzdən öncə Nensinin bir arzusu olub: sevimli təpənin üzərində basdırılmaq.

Onun vəfatından sonra əri qadının hər axşam oturduğu təpənin üstündə basdırılmasına icazə alır. Tədricən təpə kurqana çevrilir və kənd sakinləri də Nensinin qəbri ətrafında basdırılır.

Sonradan isə şəhərlərarası yol çəkilişi işlərinə başlanılır. Yol isə təpənin üzərindən keçirdi. Şose yolunun çəkilişi üçün qəbirlərin yeri dəyişdirilməli idi. Nensinin qəbrindən başqa bütün qəbir abidələri sökülür. Lakin yolun genişləndirilməsi üçün Nensinin də qəbri sökülməli və ya yeri dəyişdirilməli idi. Nensinin oğlanlarından biri anasının qəbrinin köçürülməsinin tam əleyhinə idi. Hətta yolun genişləndirilməsi üçün qəbrin köçürülməsi məsələsi əleyhinə qadının nəvəsi də ayağa qalxdı. Elə oldu ki, Nensinin nəvəsi nənəsinin qəbrinin köçürülməməsi üçün təpənin üzərində məskən salaraq oranı silahla qorudu.

Nəticədə, qəbir toxunulmaz qaldı və inşaatçılar yolu qəbrin kənarlarından çəkməli oldu. Hazırda qəbir abidəsi yolu iki hissəyə bölür.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR