• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Dünyanın ən qəribə ölümləri – FOTOLAR

  • Maraqlı
  • 14 Mart 2015 14:30
  • 837 Baxış
Dünyanın ən qəribə ölümləri – FOTOLAR

Dünyanın ayrı-ayrı yerlərində müxtəlif illərdə baş verən ən qəribə ölüm hadisələri ilə bağlı çox az məlumatlara malikik.

Publika.az həmin ölüm hadisələrindən bəzilərini sizlərə təqdim edir:

Feliks Faure – Fransanın keçmiş baş naziri olan bu şəxs 1890-cı ildə kabinetində məşuqəsi ilə cinsi əlaqədə olarkən ürəktutmasından keçinib.

Frank Heys adlı çapar 1923-cü ildə at yarışı vaxtı infarkt nəticəsində həyatını itirib. Atı isə finişə birinci çatıb. Bununla da, Heys tarixə ilk "Ölü qalib" kimi düşüb.

Aleks Mitçel – 50 yaşlı kərpic ustası 1975-ci ildə komediya filmini izləyən zaman 25 dəqiqə dayanmadan gülüb, ürəyi bu vəziyyətə tab gətirməyib və yatağında həyatını itirib.

Van Hu – Əfsanəyə görə o, 1500-cü illərdə kosmosa getmək istəyirmiş. Bunun üçün də Van Hu xüsusi stul düzəltdirərək, ona 47 raket bağlatdırıb. Daha sonra Hu öz xidmətçilərinə əmr edir ki, oturduğu stula bağlanan raketləri alışdırılsın. Ancaq xidmətçilərin raketi alışdırması nəticəsində böyük partlayış baş verib. Partlayış o qədər güclü olub ki, Van Hu tamamilə yanıb külə çevrilib.

Dik Şoun - komediyaçı Şoun 1987-ci ildə bir siyasətçini parodiya edən zaman səhnədə yerə yıxılıb və həmin an ürəktutmasından həyatını itirib.

Corc Allen – Futbol məşqçisi olan Allen 1990-cı ildə futbolçuları ilə bir yerdə qalib gəldikləri oyunu qeyd edib. Bu zaman futbolçular sevinclərindən öz məşqçilərinin başına enerji içkisi töküblər. Həmin an vəziyyəti pisləşən Allen xəstəxanaya aparılıb. Tanınmış mütəxəssis hadisədən 1 ay sonra ölüb.

Adolf Frederik – İsveç kralı olmuş bu şəxs 1771-ci ildə xərçəng, kürü və şampandan hazırlanan yeməyi, daha sonra 14 növ deserti yeyərək vəziyyəti pisləşib və vəfat edib.

Li Sonq Seop – Kompüter oyunları aludəçisi olan 28 yaşlı bu şəxs 2005-ci ildə internet kafedə dayanmadan 50 saat kompüter arxasında oyun oynayıb və oturduğu stuldan qalxmadan yerindəcə keçinib.

Jozef V.Börus – El arasında "sehrbaz Börus" deyilən bu şəxs 1990-ci ildə "canlı basdırılma" şousunu həyata keçirmək üçün tabutun içərisinə girib. Assistentləri qazılan çuxurun içərisinə yerləşdirdikləri tabutun üzərinə torpaq və beton töküblər. Şou başa çatandan sonra isə sehrbazı tabutdan çıxaran zaman Burrusun cəsədini tapıblar.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR