Çinli kişinin qarnından 146 "Apple" çıxdı - FOTO
Bizi izləyin

Bilgi.az

Çinli kişinin qarnından 146 "Apple" çıxdı - FOTO

Avropaya 146 smatrfon aparmaq istəyən çinli kişi tutulub.

Publika.az xəbər verir ki, çinli kişinin qəribə formada gəzməsi gömrük işçilərini şübhələndirib.

Belə ki, sərnişin belini dimdik saxlayıb, ayaqları isə dizdən demək olar ki, qatlanmayıb.

Yoxlamadan sonra onun üzərindən nə az, nə çox, düz 146 "Apple" məhsulu aşkarlanıb. 30 yaşlı çinli Çan Şi yapışdırıcı ilə smatrfon və planşetləri bədəninə yapışdırıb. Telefonlar belində və ayaq hissəsində gizlədilmiş olub.

Polisin məlumatına görə, bu Şinin ilk dələduzluğu deyil. Belə ki, o, 2011-ci ildən müntəzəm olaraq təyyarəyə qaçaqmalla minmək istəyib.

Hətta gömrükçülər ona yeni qaçaqmal yolları fikirləşmək barədə lətifələr də qoşiblar.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm