İnsan ətindən kotlet hazırlayan manyak – REAL HADİSƏ
Bizi izləyin

Bilgi.az

İnsan ətindən kotlet hazırlayan manyak – REAL HADİSƏ

2000-ci ilin əvvəlində Perm şəhərinin əhalisi qorxu içində yaşayırdı. 1990-cı illərin sonlarına kimi Rusiyanın ən kriminal şəhərlərindən sayılan bu Ural şəhəri çox şeylər görmüşdü. Burada silahlı qanqsterə milis zabitindən daha çox hörməti edilirdi. Ancaq şəhərdə son vaxtlar baş verənlər hamını şoka salmışdı.

Camaat küçəyə çıxmağa qorxurdu. Şəhərdə hannibal peyda olmuşdu. Kimsə gecənin qaranlığında adamları doğrayır, sonra eybəcər hala salınmış meyitləri çay kənarına atırdı.

Başlanğıc

İlk meyiti küçə itləri tapmışdı. İtlər xarabalıqların birinin yanında torpağı eşələyərək meyiti üzə çıxarmışdılar. Küçədən keçənlər dərhal milisə zəng edib hadisə barədə xəbər verdilər. Hadisə yerinə gələn ekspertlər şoka düşmüşdü. Onlar karyeraları boyu çox cinayət yerinə getmişdilər. Ancaq belə dəhşətli cinayətlə ilk dəfə rastlaşırdılar. Tibbi ekspertiza zamanı aydın oldu ki, mərhumun daxili orqanları çıxarılıb. Özü də meyiti naşı adam doğramamşdı. Ən azı qəssab idi. Bıçaqla necə işləməyi bilirdi.

Yarım ildən sonra çay kənarından doğranmış qadın meyiti tapıldı. Sonra yenə, sonra daha biri, sonra növbəti meyit...

Bəzən kəsilmiş əl, yaxud ayaq tapılırdı... İstintaq güman edirdi ki, bunu edən adamın psixi problemləri var. Həm də o, hannibaldı, öldürdüyü adamların ətini yeyir.

"Qəssab"

Nəhayət milis şübhəli şəxsin kimliyi haqda məlumat əldə edə bildi. Onun evinə dərhal əməliyyat qrupu göndərildi. Şübhəli şəxsin adı Mixail Malışev idi. Əməliyyatçılar onun mənzilinin qapısını döydülər. Dəmir qapını açan yox idi. Qapını sındırıb içəri girən milislər donub qaldı. Mənzilin hər tərəfində qəssab kötükləri, baltalar, bıçaqlar vardı. Soyuducu ağzına kimi insan əti ilə doldurulmuşdu. Mətbəxdə qaz plitəsinin üstündəki qazanda vam odda insan kəlləsi bişirdi.

Milis otaqların birində manyakın rəfiqəsi İnna Podserdçevanı tapdı. Qadının üzündə keçirdiyi dəhşətli iztirablar əks olunmuşdu. İstintaqa ifadə verən İnna etiraf edir ki, hər şeydən xəbəri olub. Evdən getmək istəyəndə isə Malışev onun qulağını kəsib. Hədələyib ki, bir də getməyə cəhd etsə, onu da doğrayıb soyuducuda saxlayacaq.

Məlum olub ki, manyak zavallı qadını meyitləri doğramağa, ətləri ətdoğrayan maşından keçirməyə, yemək hazırlamağa vadar edirmiş.

Malişev həbs olunur. Əməliyyatçilar mənzildən onun gündəliyini də tapır. Burada qatil öz xatirələrini qeyd edirdi.

"Kotlet hazırlayırdım"

Malışev kasıb ailədə doğulmuşdu. Atası sərxoş halda evə gələrək hər gün dava-dalaş salırmış. Özünə qapanan uşaq bütün gününü zirzəmilərdə, xarabalıqlarda keçirirmiş. Heç kimlə dostluq etmirmiş. Sonra isə onda sadizmə meylilik baş qaldırıb. Sahibsiz it-pişikləri tutub quyruqların kəsib. Heyvalara işgəncə verdiyinə görə hətta 90-cı ildə uşaq müfəttişinin yanına da aparılıb. Elə o zaman məlum olub ki, doğradığı heyvanlardan bəzilərinin ətini yeyib...

Məhkəmə zamanı manyak bütün suallara sakit cavab verir. Bildirir ki, doğradığı insanların ətini kotlet edib yeyirmiş. Lazım olmayan hissələrin atırmış.

Məhkəmə salonunda ona qarğış yağdıran adamlara əhəmiyyət vermirdi. Bəzən gözünü bir nöqtəyə zilləyib heç bir sualı cavablandırmırdı.

Psixi xəstə olması gün kimi aydın idi. Ancaq kim təminat verə bilərdi ki, Malışev xəstəxanadan çıxandan sonra eyni əməllərini təkrar etməyəcək.

Odur ki, məhkəmə onu ömürlük həbs cəzasına məhkum etdi. Belə daha yaxşı idi...

İlqar Atabəyli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm