Kor və əlsiz dostlar 10 mindən çox ağac əkdi - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Kor və əlsiz dostlar 10 mindən çox ağac əkdi - FOTOLAR

Çində yaşayan Ji Hayxa və Ji Venqi 10 ildir ki, yoldaşlıq edirlər. Onların yoldaşlığı maraqlı və qəribə bir bağ üzərində qurulub. Belə ki, yoldaşlardan biri gözdən, digəri isə əldən əlildir.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, adaş yoldaşlar fiziki qüsurlarına üstün gələrək bir-birinin göz və əlinə çevrilib.

Yoldaşları 10 il öncə fiziki qüsurlarına görə iş tapa bilməmələri birləşdirib. Nəticədə, yoldaşlar özlərinə uyğun iş tapıb: fiziki qüsurlu olmalarına baxmayaraq, Hayxa və Venqi çay boyunca 3 hektar ərazidə sözün əsil mənasında təkbaşına meşə sahəsi sala bilib.

Gözdən əlil Heyxa deyib: "Mən onun əlləriyəm. O, isə mənim gözlərimdir. Biz əla dostlarıq".

53 yaşlı Heyxa anadangəlmə katarakta xəstəsidir. Xəstəlik nəticəsində, onun sol gözü tamamilə görməyib. 2000-ci ildə iş zamanı baş verən bədbəxt hadisədə Heyxa sağ gözünün görmə qabiliyyətini də itirib.

53 yaşlı Venqi isə 3 yaşında ikən bədbəxt hadisə nəticəsində hər iki əlini itirib. Onların qüsuru hər hansı işlə məşğul olmasına maneçilik yaratsa da, təbiət keşikçiləri gələcək nəsillər üçün meşə salmaq qərarına gəlib. Beləliklə də, onlar inzibati orqanlardan icazə aldıqdan sonra çayın ətrafında 10 mindən çox ağac əkib.

Ağac əkməklə yoldaşlar kəndi seldən qorumağa çalışır.

Heyxa və Venqi hər səhər saat 7-də yuxudan oyanaraq çəkic və armaturla ağac əkməyə gedir. əllərdən məhrum olan Venqi gözdən əlil yoldaşını sürətlə axan çaydan keçirmək üçün onu belinə alır. Venqi qolsuz olsa da, Heyxa onun dediklərini dinləyib tingləri yerə basdırır. Beləcə, onlar bir-birinə kömək etməklə əlil olduqlarını unudurlar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm