Üz qüsurlarını gizlədən sehrli toz - Fotolar
Bizi izləyin

Bilgi.az

Üz qüsurlarını gizlədən sehrli toz - Fotolar

Üz cizgilərini vurğulamaq, bəzən isə gizlətmək böyük məharət tələb edir. Bunda qadınların köməyinə pudra gəlir. İncə qadın əlində müxtəlif funksiyaları yerinə yetirən keyfiyyətli pudralar məftunedici görüntü yaradır. Hər şeyə həssaslıqla yanaşan xanımlar bütün dövrlərdə gözəlləşməyə can atıblar. Bu baxımdan gözəlləşmək naminə istifadə etdikləri pudranın tarixini bilmək yerinə düşərdi. Publika.az-ın bu icmalında pudranın yaranması və inkişaf yollarından bəhs edəcəyəm. Pudranın inkişaf yolları hörmətli xanımları bir xeyli təəccübləndirəcək. Çünki bu gün biz ciddi-cəhdlə dərimizi hər şeydən qorumağa çalışdığımız halda əcdadlarımız dərilərinə ən təhlükəli maddələri sürtməyə razı olublar...

Azərbaycan dilinə kirşan kimi tərcümə olunan pudra fransız mənşəli sözdür. Onun vətəni isə Misirdir. Kirşan dəri səthini örtən, dəri tonunu balanslaşdıraraq daha zərif göstərən və nöqsanları gizlədən gözəgörünməz sehrli tozdur. Bu sadə kosmetik vasitə artıq neçə min ildir ki, qadınlar tərəfindən istifadə edilir. Kirşanın da icadı digər bütün kosmetik vasitələr kimi Qədim Misirdə yaranıb. Yeri gəlmişkən, buna qədər də dünyanın müxtəlif guşələrinin sakinləri üzlərini ağ tozla örtürdü. Bu üsulun onları pis ruhlardan qoruduğu güman edilirdi. Zaman keçdikcə kirşanın əhəmiyyəti artır və onu gözəllik naminə tətbiq etməyə başlayırlar.

Qulların dəriləri qızmar Günəş altında işlədikləri üçün qaralırdı. Aristokratlar isə öz imtiyazlı statuslarını vurğulamaq üçün dərilərini ağartmağa çalışırdılar. Aydın məsələdir ki, pudra bu işdə onlara kömək edirdi. Həm də misirlilər üçün dəri rənginin seçilməsi çox vacib idi. Gələcək illərdə, hətta bir çox əsrlər ərzində ağ və süd rəngli dəri və qadın cəlbediciliyinin əsas atributlarından biri hesab olunurdu.

XVI əsrdə dahi rəssam Paolo Veroneze bir kübar xanımın qulluqçu ilə portretini yaradarkən xanımın ağappaq dərisini də təsvir edirdi. Qulluqçu qadının siması isə qara rəngdə təsvir olunmuşdu. Keçmiş zamanlarda ağ dəri və üzün rəngi sosial statusu və hansı zümrəyə mənsub olduğunu vurğulayırdı. Bundan başqa, ağlıq mirvari və ağ zanbaq ilə assosiasiya olunur, saflığın və təmizliyin rəmzi kimi çıxış edirdi.

Arxeoloqlar məşhur misirli xanımların qəbirlərində stəkan qablarda pudralar aşkar ediblər. Pudranın tərkibi qəribə idi. Misirli xanımlar dərilərinin gözəlliyini vurğulamaq üçün əsasən qurudulmuş ağ gildən istifadə edirdirlər. Hərçənd ki, bəzi mənbələrdə çariça Kleopatranın dərisini gözəlləşdirmək naminə timsah peyinindən hazırlanan kirşandan istifadə etdiyi deyilir.

Qədim Roma Misirdən çox şeyi, o cümlədən kosmetika məhəbbətini də mənimsəyib. Zəngin romalılar kirşanı çox təhlükəli və zəhərli qurğuşun və adi ağ tabaşir qarışığından əldə edirdilər. Nisbətən kasıb təbəqələr isə özünə paxla və buğda unu tozundan istifadəni icazə verə bilərdi.

Məşhur Roma şairi Qaya Valeriya Kattula da pudra sürtməmiş qadını "duzsuz qida" ilə müqayisə edirdi.

İlkin orta əsrlərdə isə qadınların dəriləri solğun idi. Kirşan yüngül davranışlı qadınların çox istifadə etdiyi kosmetik məhsula çevrilir. Həmçinin aktyorlar, klounlar və təlxəklər üçün də bir vasitəyə çevrilir.

Kirşan XIV əsrdə Avropada yenidən dəbə minir. Dəri rəngindən narazı olan İngiltərə kraliçası Yelizaveta bir neçə qat kirşan çəkirdi ki, pudranın maska kimi görünməməsi üçün üzündə az qala görünən incə qan damarlarının şəkilini çəkmək lazım gəlirdi. Bu zaman üzü daha təbii təsir bağışlayırdı. Onun pudradan bu qədər çox istifadə etməyinin bir çox səbəbləri var idi. Birincisi yaşını bəlli etmirdi, ikincisi illərin izlərini - sallanmış və qırışmış dərini gizlətmək olurdu, üçüncüsü isə dəri zöhrəvi və çiçək xəstəliklərinin izlərini pudra sayəsində gizlətmək olurdu.

история пудры

история пудры

история пудры

Fransız saraylarında isə yüksək təbəqənin seçilmək istəyən nümayəndələri üzü ilə yanaşı, saçlarına da pudra sürtdülər, əlavə olaraq buraya qızıl, gümüş və parıltılı bənövşəyi tozlar da daxil edirdilər.

Bu arada İspaniyada yığcam kirşan icad olunur. Yapışqanla örtülmüş perqament vərəqlərinə müxtəlif rəngli kirşan tökürdülər.

Kirşanın 2 əsas mineral və bitki növləri var. Bitki, əlbəttə ki, daha əvvəl yaranıb və əsasən üyüdülmüş çəltik bitkilərindən və düyü unundan hazırlanırdı. Artıq XVII əsrdə əhalinin bütün təbəqələri pudradan kosmetika kimi istifadə etməyə başlayır. Pudranın kosmetika kimi inkişafı həmin dövrə təsadüf edir. Qızlar üzlərinin kifayət qədər ağ olması üçün pudranı yumurta ağı ilə qarışdırıb çəkirdilər.

XVII əsrdə pudra saçlara da vurulurdu, daha dəqiq desək, pariklərin üstünə səpirlirdi. XIII Lüdovik parikləri dəbə salır. Xüsusilə açıq rəngli pariklər dəbə minir, aristokratlar saçlarını kirşanlamağa başlayırlar.

Markiz XV Lüdovik Pompadur pudralanmış parik dəbini lap absurd həddə çatdırmışdı. Hətta başında bütöv rəsmlər - dəniz döyüşü və ya pastoral mənzərə çəkdirirdi. Buna kiloqramlarla pudra lazım olurdu. Xanımlar isə qənaət etmək üçün həftələrlə saçlarını yuyub təmizləmirdilər. Gözəllik hər şeydən üstün idi.

Kirşan tozu Avropada dəbə minəndən sonra I Pyotr onu Rusiyaya gətirir. Buna qədər qızlar ağdərili görünmək üzlərinə ağartı məhsulları çəkir, hamama gedirdi, sonra pudranı dərilərinə dərindən yeridirdilər. Son olaraq pudra kosmetika kimi Yekaterina dövründə qərarlaşır. Kirşan o dövrdə çətin əldə edilir, həm də parikləri pudralamaq üçün kiloqramlarla pudra lazım olurdu. Təəccüblü deyil ki, inqilabçı fransızlar kirşanla bağlı müəyyən qadağalar qoyurlar. Onun hazırlanmasına düyü və buğda unu lazım olurdu, bu isə sadə əhaliyə bəs etmirdi. Bu qadağadan sonra pudra bir əsrə yaxın öz əhəmiyyətini ötəri olaraq itirir, o zaman təbii və solğun dəri dəbə idi. Böyük Britaniya kraliçası Viktoriya pudranı vəhşi kobudluq adlandıraraq qadağan elan edir.

Kirşanın yenidən dəbə qayıtmasında tanamış aktirsalar Sara Bernar və Elionora Duze "günahkar" olurlar. Belə ki, onlar teatrın parlaq işıqları altında dəri qüsurları gizlətmək üçün üzlərinə bolluca kirşan çəkirdilər. Tamaşaçılar isə aktrisaları özlərinə nümunə götürərək onlara bənzəməyə çalışırdılar.

Gözəllik sahəsindəki əsas inqilab da elə o dövrdə baş verir. Pudranı təbii bitkilərdən hazırlamağa başlayırlar. Bu pudra toz kimi yapışmır və dərini qıcıqlandırmır. Onun tərkibinə müxtəlif boyaq maddələri və ətirlər də qatılır.

Getdikcə pudranın tərkibindəki qurğuşun kimi zərərli maddələr azalır. Tezliklə kirşanı tamamilə təhlükəsiz sink oksidi əvəz edir. Bu hadisədən sonra kosmetika şirkətləri bir-birinin ardınca pudra istehsalında yarışa girirlər. 1923-ci ildə İngiltərənin "Laughton & Sons" şirkəti rahat yığcam pudra qutusunu buraxmağa başladı, əllinci illərdə isə əfsanəvi hollivud vizajisti Maks Faktor bütün qadınlara səmərəli pudra qutuları təklif edirdi. Bu pudra təkcə kino aktrisalar üçün deyil, adi xanımların da gündəlik istifadə edə biləcəyi bir versiya idi. "Pan Cake "(dairəvi formalı və yastı olduğuna görə onun adı belə adlanırdı) adlı pudra üzdəki bütün çatışmazlıqları ustalıqla ört-basdır edirdi. Ucuz pudra istehsalını isə Helena Rubinşteyn həyata keçirir. Qırxıncı illərin əvvəlində isə kütləvi kirşan istehsal Elizabet Ardenlə başlayır.

Kirşanın yaranması qadınlara üz qüsurlarını gizlətmək kimi nadir imkan hədiyyə edir. Bu görə də hər bir qadının makiyaj çantasında pudra və ya onun müasir analoqu var. Əslində müasir dövrdə hər bir xanımın istifadə etdiyi tonal kremlər də pudra sayəsində ərsəyə gəliblər. Pudra bu gün öz aktuallığını itirsə də, tonal kremlər özlərinin mövcudluğunu pudraya borculudur. Çünki tonal kremlər pudranın maye və qatı formasıdır. Statistik göstəricilərə əsasən, ötən illərdə pudranın illik istehlakı dünyada təxminən 700 min tona çatır.

publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm