26 cüt ayaqqabı oğurladı, 11 min dollar ziyan vurdu - FOTOLAR
Bizi izləyin

Bilgi.az

26 cüt ayaqqabı oğurladı, 11 min dollar ziyan vurdu - FOTOLAR

London məhkəməsi "Russell & Bromley" şəbəkəsinin ayaqqabı mağazasında işləyən 37 yaşlı qadını mağazadan ayaqqabı oğurlamaqda günahkar bilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sloveniyadan olan Yeva Jasiskova mağazaya 76363 funt sterlinq (11 min dollar) ziyan vursa da, onu həbsxanaya göndərməyiblər. Qadın 3 ay ərzində komendant saatına riayət etməklə 1 il müddətinə ictimai işlərə cəlb olunub. Hakim Maykl Qribin sözlərinə görə, 2 uşaq anası maliyyə çətinliyi ucbatından oğurluq edib. Qeyd edək ki, qadın şirkətə məxsus olan 26 cüt ayaqqabını "eBay" onlayn mağazasının anbarından oğurlayıb.

Hələ 2014-cü ildə şirkət işçiləri anbarda 7 cüt ayaqqabının əskik gəldiyini görüb. Lakin şirkət işçiləri bu haqda polisə məlumat verməyiblər. Şirkətin inzibatçısı Jasiskovadan şübhələnərək, onu sorğu-sual edib. Amma qadın oğurluq etdiyini etiraf etməkdən boyun qaçırıb. Sonradan isə satıcı qadın günahını boynuna almalı olub və o, dərhal işdən qovulub.

Şirkət işçiləri satıcının daha çox ayaqqabı oğurlaya biləcəyindən şübhələniblər. Aparılan araşdırmalardan sonra, həqiqətən də, daha 19 cüt ayaqqabı əskik gəlib. Bundan sonra şirkət qadından polisə şikayət edib.

2014-cü ilin noyabrında Jasiskova polis məntəqəsinə gətirilib. O, ayaqqabıları anbarda geyərək evə getdiyini və oğurluğu bu yolla həyata keçirdiyini söyləyib. Qadının məhkəmə zalında ağlaması və 2 azyaşlı uşağının olmasını nəzərə alan hakim onun cəzasını yüngülləşdirmək qərarına gəlib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm