72 milyon dollarlıq təyyarə - FOTOLAR
Bizi izləyin

Bilgi.az

72 milyon dollarlıq təyyarə - FOTOLAR

Bu təyyarədə səyahət əsl istirahətə çevriləcək

Bu təyyarədə səyahət əsl istirahətə çevriləcək.

72 milyon dollara başa gələcək "The Spike Aerospace S-512" reaktiv təyyarəsinin divarları başdan-başa pəncərə olacaq.


Tokiodan Londona cəmi 5 saata, Londondan Mumbaya isə 4 saata uçacaq reaktiv təyyarə radikal novator dizayna malikdir.

2018-ci ilin dekabrında istehsalı nəzərdə tutulan "Spike" mövcud reaktiv təyyarələrdən iki dəfə sürətlə uçacaq.


"Spike Aerospace" şirkətinin əvvəllər "Airbus", "Gulfstream" və "Bombardier" kimi konsernlərdə çalışmış mühəndislərin layihəsi olan "Spike"ın Nyu-Yorkdan Londona olan məsafəni cəmi 3 saata qət edə biləcəyi vurğulanır.


"Spike Aerospace" şirkətinin prezidenti Vik Kaçorianın sözlərinə görə, "Spike" təyyarəsi elektroenerji ilə çalışacaq, şaquli enib-qalxa biləcək: "Bu təyyarə səmada inqilab olacaq. Sərnişin aviadaşımaları sürətlənməklə yanaşı, həm də ucuzlaşacaq"./Milli.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm