İki dəqiqə ərzində ana olan qadın Ginnesin "Rekordlar"ına can atır – FOTOLAR
Bizi izləyin

Bilgi.az

İki dəqiqə ərzində ana olan qadın Ginnesin "Rekordlar"ına can atır – FOTOLAR

Avstraliyada 35 yaşlı qadın iki dəqiqə ərzində ana olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Sidneyin növbəti dəfə ana olan sakini doğuşu inanılmaz müddətdə həyata keçirməsi ilə ölkə tarixində yeni ilkə imza atıb. Meri Qordens indiyə qədər 5 dəfə doğuş keçirib. Qəribədir ki, sonuncu dəfə istisna olmaqla o, bütün doğuşlarını 2 saatdan tez başa vurmayıb. Bu baxımdan qadının beşinci körpəsini iki dəqiqə ərzində dünyaya gətirməsi həm onun ailə üzvləri, həm də digər şəxslər üçün gözlənilməz olub.

Meri-Saymon cütlüyünün birinci övladları 2008-ci ilin dekabrında dünyaya göz açıb. 90 dəqiqə ərzində başa çatan doğuşda dünyaya gələn Eyva adlı qız isə 2010-cu ilin avqustunda valideynlərini sevindirib. Siena adlı üçüncü qızın dünyaya gəlməsi nə az-nə çox - 50 dəqiqə davam edib. 2013-cü ilin martında dünyaya gələn növbəti körpənin doğulması 10 dəqiqə davam edib. Valideynlərin və doğum evinin həkimlərinin böyük marağına səbəb olan beşinci körpə Broudinin doğuşu isə cəmi iki dəqiqə davam edib. Həm ölkə mətbuatı, həm də ailənin yaxınları, o cümlədən qohumlar Meri-Saymon cütlüyünün bu ilkindən, rekordundan danışırlar. Lakin qəribə olan təkcə bu deyil. Qəribəsi odur ki, Meri-Saymon cütlüyü növbəti – altıncı dəfə valideyn olmaq istəyirlər. Cütlük əmindir ki, altıncı körpə dünyaya iki dəqiqədən də tez gələcək və onların adı Ginnesin "Rekordlar" kitabına düşəcək.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm