Dəhşətli anlar: çərpələng uşağı göyə qaldırıb, yerə çırpdı - FOTOLAR\VİDEO
Bizi izləyin

Bilgi.az

Dəhşətli anlar: çərpələng uşağı göyə qaldırıb, yerə çırpdı - FOTOLAR\VİDEO

Dəhşət dolu anlar Vyetnamda qeydə alınıb. Belə ki, ayağı çərpələngə ilişən 5 yaşlı uşaq havaya qalxıb və 20 metr hündürlükdən üzü üstə yerə çırpılıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Vyetnamın Xoşimin şəhərində keçirilən çərpələnglərin uçurulduğu yerdə baş verib. 5 yaşlı Van Min Dat anası ilə çərpələng uçurduğu sahədə supaylayan olub.

Təsadüfən uşağın ayağı çərpələngin kəndirinə dolaşıb. Bu zaman güclü külək onu havaya qaldırıb və yerə çırpıb. Hadisə şahidlərin gözü qarşısında baş verib. Bədbəxt hadisə nəticəsində uşaq həlak olub.

Nəhəng çərpələngin eni 15 metr olub. Hadisəyə şahid olan Datın xalası deyib: "Güclü külək ucbatından çərpələng bir neçə dəfə aşağı endirilib. Sonuncu dəfə endirilərkən Dat su gətirmək üçün qaçarkən ayağı çərpələngin iplərinə dolaşıb. Bu zaman güclü külək çərpələngqarışıq onu da göyə qaldırıb". Şahidlər çərpələngi yerə endirib, uşağa kömək etməyə çalışsalar da, mümkün olmayıb.

Baş verən faciə ilə bağlı araşdırma aparılır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm