• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Velosipedçi hər kəsi şoka saldı - VİDEO

  • Maraqlı
  • 18 Mart 2015 02:56
  • 489 Baxış
Velosipedçi hər kəsi şoka saldı - VİDEO

Velosiped onun üçün sadəcə nəqliyyat vasitəsi deyil, həm də adrenalin mənbəyidir. İtaliyada 34 yaşlı bir velosipedçi öz çıxışı ilə ətrafdakıların diqqətini çəkir. Çoxları onun təhlükəli fəndlərini intihara təşəbbüs kimi qiymətləndirsə də, o sadəcə velosiped idarə etməkdə hər kəsdən bacarıqlı olduğunu nümayiş etdirməyə çalışır.

Publika.az ATV-yə istinadən xəbər verir ki, Vittorio Brumotti uşaqlıqdan velosiped sürməklə məşğuldur. Amma illər keçdikcə, o öz sevimli nəqliyyat vasitəsilə adrenalinin sərhədlərini yoxlamağa başlayıb. Qayalıqda 20 metr hündürlükdə velosipedi təkər qalınlığındakı məhəccər üzərində sürən Vittorionun səhv etmək şansı yoxdur, elə yıxılacağı təqdirdə sağ qalmaq ehtimalı da. Əksər adrenalin həvəskarı ölüm təhlükəli çıxışları gerçəkləşdirən vaxt, qorxu amilini məğlub etməyin önəmli olduğunu vurğulayıb. Viitorio isə bunun əksini düşünür. Deyir ki, onu 20 metr hündürlükdə ölümdən qoruyan elə qorxu hissidir. Qorxu olmasa, o səhvə yol verər. Bu səhvi düzəltmək ehtimalının olmadığını o da gözəl başa düşür. Dünyanın ən bacarıqlı insanlarından biri kimi qiymətləndirilən italiyalı yeni çıxışlara hazırlaşdığını da deyib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR