• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Öz “kisəsində” kenquru saxlayan kişi - FOTOLAR

  • Maraqlı
  • 18 Mart 2015 10:26
  • 1 443 Baxış
Öz “kisəsində” kenquru saxlayan kişi - FOTOLAR

Kenquru balası anasız yaşaya bilmir. Doğulduqdan sonra kenquru balası təhlükəsizlik naminə anasının kisəsində qalır. Balalar həmçinin orada da qidalanır və yatır. Əgər ana kenquru brakonyerlər tərəfindən öldürülsə, maşın vursa, o zaman bala kenquru necə olacaq?

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, avstraliyalı Kris Barns artıq bu problemin həllini tapıb. Belə ki, "Dandi-kenquru" adını almış Barns bütün ömrünü bu heyvanların xilasına həsr edib. Kris kenquru balalarını ölmüş ana kenqurunun "cibindən" tapıb xilas edir. Heyvanları xilas edərək Kris onlara analıq edir. O, öz əlləri ilə heyvanlar üçün sığınacaq tikib. Hazırda onun himayəsi altında 30 kenquru balası böyüyür.

3 il bundan qabaq o, Emi, Deyzi və Uilyam adı verdiyi kenquru balalarını tapır. Su sisteminin belə olmadığı yerdə Kris balalara qulluq etməyə başlayır. Heyvanlara anasının kisəsində olduğunu hiss etdirmək üçün Kris onlar üçün xüsusi kisə də hazırlayıb. Elə olub ki, Kris kisəni boynundan asaraq heyvanları beləcə bəsləyib. O, hər 4 saatdan bir kenquru balalarını yemləməyi də unutmayıb.

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR