Xərçəng olduğunu diş həkimindən öyrəndi - FOTO
Bizi izləyin

Bilgi.az

Xərçəng olduğunu diş həkimindən öyrəndi - FOTO

34 yaşlı qadın dişi sındığı üçün həkimə gedib. Lakin orda gözlənilməz hadisə ilə qarşılaşıb. Belə ki, diş həkimi qadına xərçəng olduğunu bildirib.

"Daily Mail"-ın yaydığı xəbərə görə, 34 yaşlı 4 uşaq anası Liza Epzom oğlunun meyvə suyunu (butulkanı) dişiylə açmağa çalışarkən dişini sındırıb. Sınıq dişini düzəltdirmək üçün diş həkiminə gedən Epzom həqiqəti öyrənəndə şok keçirib.

Diş həkimi ağzının içərisində böyük bir çıxıntı gördüyü üçün bəzi müayinələr etdirməsini təklif edib. Müayinələr nəticəsində məlum olub ki, qadının üzündə qolf topu böyüklüyündə ölümcül bir şiş var. 14 saatlıq əməliyyat nəticəsində şişi götürən həkimlər Lizanın çox şanslı olduğunu bildiriblər.

Publika.az xəbər verir ki, Liza əməliyyatdan sonra "dişim qırılmasaydı, bəlkə də, indi ölmüş olardım", – deyib.

FİDAN

Oxumağa davam et
Reklam
Reklam

Gündəm