Dünyada daha bir “Çin səddi” varmış - FOTO
Bizi izləyin

Bilgi.az

Dünyada daha bir “Çin səddi” varmış - FOTO

"Quaro" şirkəti dünyanın o qədər də diqqətində olmayan, ancaq gözəlliyi ilə insanı heyran qoyan yeddi memarlıq abidəsinin siyahısını tərtib edib.

Axar.az şirkətin rəsmi veb səhifəsinə istinadən bu tarixi abidələrin siyahısını təqdim edir:

1. Böyük Canna məscidi – Mali

1907-ci ildə inşa edilən bu məscid dünyanın ən böyük kərpic binasıdır. Sudandan Atlantika sahillərinə qədər uzanan qurşaqdakı ən gözəl tikili hesab olunan bu məscid YUNESKO-nun "Dünya mirası" siyahısında da yer tutur. Quraqlıq zamanı divarlarında çatlar əmələ gəldiyindən bina hər ilin yazında əhali tərəfindən keçirilən festivalda bərpa olunur və yenidən suvanır.

2. Parlament Sarayı – Rumıniya

Dünyanın ən böyük və ən bahalı binası Buxarestdə yerləşir. Rumıniyanın keçmiş lideri Nikolay Çavuşeski tərəfindən 1984-cü ildə tikilən bina 12 mərtəbəlidir.

3100 ədəd otağı olan bina 330 min kvadrat metr ərazini əhatə edir.

3,3 milyard avroya başa gələn bu tikili uğrunda 30 kilsə və sinaqoqun, eləcə də, yüzlərlə adi tikilinin dağıdıldığı məlumdur.

3. Deravar Qalası – Pakistan

Çöllüyün ortasında inşa edilən qala 40 bürcdən ibarətdir. Hər biri 30 metr hündürlüyündə olan bürclərin ümumi diametri 1500 metrə çatır. Ölkənin mərkəzindən kənarda yerləşən bu qala pakistanlılar üçün böyük əhəmiyyət kəsb edir.

4. Çand Baori – Hindistan

Ölkənin şimal-qərbində yerləşən bu qəribə tikilinin pilləkənləri ilə böyük bir su quyusuna enmək olur. Ümumilikdə 3500 simmetrik pilləkəndən ibarət olan bu qala IX-X əsrlərdə Hind hökmdarlarından biri tərəfindən inşa etdirilib.

5. Mostar körpüsü – Bosniya və Herseqovina

Bu körpü Mostar şəhərindən keçən Neretva çayı üzərində 1566-cı ildə osmanlılar tərəfindən inşa edilib. Sözügedən körpünü Memar Sinanın şagirdi Memar Xeyrəddin yaradıb. Körpünün tikilməsində 456 daşdan istifadə olunub.

Mostar körpüsü 24 metr hündürlüyündədir. Sözügedən şedevr əsər islam memarlığının Balkan yarımadasında yerləşən ən böyük memarlıq nümunələrindən biri hesab olunur.

1990-cı illərdə Bosniya müharibəsi zamanı dağıdılan körpü müharibədən sonra yenidən bərpa olundu və istifadəyə verildi.

6. Böyük Hind səddi – Hindistan

Böyük Çin səddini, yəqin ki, hər kəs tanıyır. Amma Hindistanda da bu səddin eynisinin olduğunu çoxları bilmir. Hind Səddi Çin səddindən sonra dünyanın ikinci ən uzun səddidir.

1443-cü ildə inşa edilib.

7. Şeyx Lütfulla Məscidi – İran

İsfahanda yerləşən bu məscid Səfəvilər dövrünün memarlıq abidələrindən biridir.

1603-1619-cu illərdə Şah Abbasın dövründə tikilmiş bu məscid hökmdarın xanımlarının ibadət etməsi üçün inşa edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm