• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Eyvanlardan paltar asmaq yasaqlandı

  • Maraqlı
  • 19 Fevral 2014 12:21
  • 1 270 Baxış
Eyvanlardan paltar asmaq yasaqlandı

Makedoniyanın paytaxtı Skopyenin bələdiyyəsi şəhərdəki evlərin eyvanlarında qurumaq üçün alt paltarının asılmasını yasaqlayan sərəncam verib.


Milli.Az European-a istinadən bildirir ki, şəhər sakinlərinə eyvanlarda və terraslarda köhnə mebel, elektrik sobaları və s. kimi məişət əşyaları ilə avadanlıq saxlamaq da qadağan olunur.


Eyvanlarda xalça-palazın günə verilməsi, makedonların divardan asaraq qurutmağı çox sevdikləri bibərlərin də saxlanması yasaqdır.


Bundan başqa, eyvanlarda konserv və mürəbbə bankalarının saxlanmasına da icazə verilmir.


Bələdiyyənin əməkdaşları küçələri dolaşaraq eyvanları nəzarətdə saxlayacaqlar. Sərəncamdakı yasaqları pozanları böyük məbləğdə cərimələr gözləyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR