Bilgi.az
NASA Marsın səthinə enmə üzrə sınaq keçirdi – VİDEO
Amerika Milli Kosmik Agentliyi (NASA) Mars planetinin səthinə enmə üçün qabaqcıl texnologiyaları sınaqdan keçirib.
Publika.az xəbər verir ki, sınaqdan çəkilən video "YouTube"də yerləşdirilib.
"Masten Space Systems" şirkəti tərəfindən sınaqdan keçirilmiş ADAPT (Autonomous Descent and Ascent Powered-flight Testbed) sistemi kosmik gəminin planetin səthinə dəqiq enməsinə kömək edəcək. "Xombie" raketində ADAPT sisteminin uğurlu sınaqları 9 dekabr 2014-cü ildən Kaliforniya ştatındakı Moxave səhrasında aparılır.
Mühəndislər qeyd edirlər ki, onlar tərəfindən həyata keçirilən sınaqlar analoqa malik deyil və gəmilərin Marsın səthinə dəqiq enməsinə verilən təminatda böyük irəliləyişdir.
"Xombie" raketi 2009-cu ildə "Masten Space Systems" şirkəti tərəfindən hazırlanıb. Şirkət NASA-nın keçirdiyi müsabiqədə 150 min dollarda mükafat alıb.
Ömər Dağlı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO