• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

İnternet 82 yaşlı nənənin həyatını dəyişdi - VİDEO

  • Maraqlı
  • 20 Mart 2015 12:58
  • 578 Baxış
İnternet 82 yaşlı nənənin həyatını dəyişdi - VİDEO

İnternet 82 yaşlı nənənin həyatını dəyişib.

Publika.az xəbər verir ki, İsveçdən olan Kerstin Volqers adlı qadın "Skype", "Instagram", "Twitter," "Tinder" və digər şəbəkələrədən istifadə edib. O , həmçinin "Google" axtarış sistemindən istifadə edərək bir sıra maraqlı və zövqünə uyğun xəbər və məlumatlar tapıb.

Hətta "Reddit" istifadəçələrinin 2400-dən çox sualını da cavablandırıb. İstifadçiləri ən çox maraqlandıran isə qadının internet şəbəkəsindən ilk istifadəsi ilə bağlı olub. Bu yaşına qədər heç vaxt internetdən istifadə etmədiyini deyən nənə bundan sonra aktiv internet istifadəçisi olacağını bildirib. Nənənin indiyə kimi "Twitter"də 100 twit yazdığı, "Instagram" sosial şəbəkəsində 39 paylaşım etdiyi, hətta YouTube-da "Gangnam Style"ı izlədiyi bildirilir. 82 yaşlı nənə indiyə kimi texnologiyanın inkişafından xəbərsiz olmaqla çox şey itirdiyini deyib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR