Həyatının 38 ilini səhvən həbsdə yatdı – 1 milyon dollar aldı
Bizi izləyin

Bilgi.az

Həyatının 38 ilini səhvən həbsdə yatdı – 1 milyon dollar aldı

ABŞ məhkəməsi keçmiş məhkuma 1 milyon dollar ödəyəcək.

Publika.az Assoşieyted Press-ə istinadən xəbər verir ki, buna səbəb 58 yaşlı Riki Ceksonun 1975-ci ildə törədilmiş ağır cinayətə görə səhvən həbsxanada yatması olub. O, Oyaqo ştatından olan iş adamını öldürməkdə ittiham olunub. Ceksonun hadisədə günahkar olması ilə bağlı məlumatı isə polisə hadisə törədilən zaman məktəb avtobusunda olan 13 yaşlı şahid Eddi Vernon məlumat verib.

Lakin qətl hadisəsinin üstündən illər keçəndən sonra Vernon 2014-cü ilin mart ayında 1975-ci ildə Cekson və daha iki nəfərə qarşı yanlış ifadə verməyə məcbur edildiyini bildirib. Yeganə şahidin ifadəsindən sonra Cekson cəzaçəkmə müəssisəsindən evə buraxılıb. Məhkəmə buna görə ona kompensasiya verilməsilə bağlı qərar çıxarıb. Həyatının 38 ilini həbsxanada günahsız yerə keçirən Cekson isə buna görə cəmi 1 milyon dollar alacaq.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm