• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Cazibədar sinəsində sərvət daşıyan gözəllər - FOTOLAR

  • Maraqlı
  • 20 Mart 2015 23:36
  • 2 842 Baxış
Cazibədar sinəsində sərvət daşıyan gözəllər - FOTOLAR

"Victoria's Secret" moda dünyasındakı manikenlər üçün də nadir rast gəlinən bir pillədir. Bir dəfə belə olsa bu firmanın moda nümayişində podiuma çıxmaq və ya kataloqlarında yer almaq digər güclü firmaların diqqətini çəkməyə və ildə milyonlarla dollar qazanmağın zəmanətidir.

"Victoria's Secret"in bahalı büstqalterləri 1996-cı illərdən etibarən istehsal olunur. Brilyant və başqa qiymətli daş-qaşlarla bəzədilən büstqalterlər dünyanın ən yaxşı zərgərlik şirkətləri tərəfindən hazırlanır. Bu büstqalterlərin çox qısa ömrü var. Bir il ərzində satılmayan büstqalter zərgərlik şirkətinə geri qaytarılır və yenidən xammal halına salınır. Bu kolleksiya sözün hər iki mənasında göz qamaşdırır. Brendin hər il keçirilən dəfiləsində mələklərdən biri bahalı qaşlarla bəzədilmiş büstqalter geyinmək şansı qazanır.

Publika.az-ın "9 don" layihə çərçivəsində bu həftə dünyanın ən bahalı büstqalterlərini geyinən gözəllərdən danışacağam.

Jizel Bundhen şou dünyasının ən varlı 16-cı qadınıdır. Onun sərvəti nə az, nə çox 150 milyon dollardır. O, sərvətinin çox hissəsini "Victoria's Secret"ə borcludur. Jizel Bundhen 2000-ci illərdə "Victoria's Secret" dəfilələrində çıxış edərək məşhurlaşmağa başlayır. Ondan sonra bir çox markanın siması olur və dəb jurnallarını vərəqləndiyimiz zaman onun fotoları mütləq rastımıza çıxır. Həm də dünyanın ən qiymətli büstqalterini Jizel Bündxen reklam edir. Məşhur brendin 2000-ci ildə hazırladığı büstqalterin dəyəri 15 milyon dollar idi. Jizel Bündxen o zamanlar ən bahalı büstqalteri geyindiyi üçün Ginnesin rekordlar kitabına da düşüb. Bu büstqalteri dünyada çox tanınan zərgər-dizayner Mouavad düzəldib.

2 uşaq anası olan modelin formada qala bilməsinin ən birinci qaydası səhərlər idmanla məşğul olmasıdır. Açıq və təmiz havada yürüş etməyi çox xoşlayır. Yoqa və meditasiyaya da vaxt ayırır. Onların sayəsində əhvalını qaldırır. Masaj etdirməyi çox sevir. Eyni zamanda, günəş vannası da qəbul etmək onun üçün vaz keçilməz fəaliyyət növüdür. Günəş vannasının onu gümrahlaşdırdığına inanır. Əlbəttə ki, günəş vannası qəbul etməzdən əvvəl yüksək faktorlu qoruyucu krem çəkir. Dərisinin belə gözəl qalmasının digər sirri çoxlu maye qəbul etməsidir. Gün ərzində həkimlərin də tövsiyə etdiyi kimi 2 litr su içir.

Keçən il 40 yaşı tamam olan Haydi Klum dəb aləmində belə gözəl və cavan qalan nə ilk, nə də ki, son top modeldir. 1973-cü ildə anadan olan alman modeli Haydi Klum əsrarəngiz gözəlliyi ilə hələ də gündəmdədir. İllər modelin gözəlliyindən heç nəyi almır, əksinə, onu daha da gözəlləşdirir.

"Victoria's Secret" tarixində misilsiz rolu olan modellərdən biri də Haydi Klumdur. Bundan başqa, Haydi Klum yeganə modeldir ki, bu günə qədər məşhur brendin bahalı büstqalter kolleksiyasından 3-nü nümayiş etdirmək şansına sahib olub. 2001-ci ildə "Victoria's Secret"-in məşhur mələyi Haydi Klum 12, 5 milyon dollar dəyərində olan büstqalteri nümayiş etdirir. Bu büstqalteri də Mouavad hazırlayıb. Büstqalterin üzərində 90 karatlıq brilyant və Şrilankanın məşhur çəhrayı sapfir daşlarından istifadə olunub.

Haydinin 40 yaşı olsa da, 4 uşaq anası olduğuna inanmaq olduqca çətindir. Onun cavan qalmağının sirri çox bəsitdir. Dayanmadan hərəkət edir, sağlam qidalanmağa çalışır. Həm də o dəb aləmində zərərli vərdişləri olmayan nadir gözəllərdən biridir. Klumun özünə məxsus qidalanma rejimi var. Uzaq yerlərə gedən zaman yanında mütləq meyvə və tərəvəz, ya evdə sıxılmış təzə meyvə suları aparır. Əgər özü ilə birlikdə bunları aparmağı unudub və çox acıbsa, pizza restoranına baş çəkir. Klum arada bir qaydaları pozmaqda zərər olmadığı deyir.

"Victoria's Secret"in mələyi 2-ci uşağını dünyaya gətirdikdən 2 ay sonra podiuma çıxır. O, bunun üçün heç nə etmədiyini, əvəzində isə ev işləri maraqlandığını və uşaqları ilə parkda çox gəzdiyini deyir. "Doğuşdan sonra əvvəlki formama qayıdanda özümü xoşbəxt hiss edirdim. Çünki qarderobumun ən yaxşılarını geyinə bilirdim". İncə görünmək üçün korset istifadə etməyən, ciddi pəhrizlər saxlamayan model sağlam qidalanır. "Bu vaxta qədər heç vaxt pəhriz saxlamamışam, ancaq divanda uzanıb bütün günü müxtəlif şirniyyatlar və çərəzlər yeməmişəm. Düşünürəm ki, hər şeyin dadına bir az baxmaq lazımdır.

Victoria's Secret Heavenly_Star_Bra

Adrina Limanın 33 yaşı olsa da, bu onun supermodel karyerasına təsir etmir. Əksinə, hər il dünya mətbuatı onu ən reytinqli gözəl və seksual qadınların siyahısına daxil edir, tanınmış brendlər isə onunla müqavilə bağlamaq üçün növbə gözləyirlər. Amma təbii ki, hər şeydən çox Adriana Lima "Victoria`s Secret" firmasının mələklərindən biri kimi tanınır. O, 1999-cu ildən "Victoria's Secret" brendi ilə əməkdaşlıq edir. 2000-ci ildə brendin əsas mələyi kimi podiuma çıxır. Bu günə kimi "Victoria's Secret" in əsas simalarından biri olaraq çalışır. Hətta 2003, 2007 və 2008-ci illərdə "Victoria's Secret" nümayişinin həm açılışı, həm də qapanması Adriana Limaya həvalə olunmuşdu. Model illərdir ki, "Victoria's Secret"lə əməkdaşlıq etdiyi üçün burada çalışan hər kəsi ailə üzvi qədər yaxın hesab edir.

Elə buna görə də, "Victoria's Secret" Adrianaya bu günə qədər 2 ən bahalı büstqalteri daşımaq şansı verilib.

"Victoria's Secret"-in əl işi olan 2 milyon dəyərində olan büstqalteri daşımaq supermodel Adriana Limaya həvalə olunmuşdu.

"Victoria's Secret"-in 2008-ci il nümayişində bahalı büstqalteri daşımaq yenə də Adrianaya həvalə olunur. Bu büstqalter 3575 ədəd qara brilliantdan ibarətdir. Digərlərindən fərqli olaraq ortasında 100 karatlıq 2 böyük qara brilyant əlavə olunmuşdu.

adriana lima Black_Diamond_Fantasy_Miracle_Bra

Tayra Benks podiumlarda Naomi Kempbelə kölgə salan yeganə qara dərili modeldir. Onu Naomi Kempbeldən daha gözəl, daha səmimi və ecazkar sayanlar az deyil. Tayra Benks 4 dekabr 1973-cü ildə Kaliforniyada dünyaya gəlib. Boyu 177 sm, çəkisi 53-56 kq, bədən ölçüləri isə 87, 61, 91 sm-dir. Model gözəlliyini qorumaq üçün özünün qoyduğu qayda və qanunlara əməl edir. Bunu isə gözəllik haqqında elm adlandırır. İdmanla intensiv şəkildə məşğul olur. Açıq havada düz 1 saat məşq, ya da yürüş edir. Bundan başqa, Tayra rəqsdən və boksdan da böyük zövq alır.

Tayranın ancaq sağlam yeməklər hazırlayan şəxsi aşpazı var. Arıqlamaq istəyəndə qida rasionuna ancaq yağısız ət, göyərtilər, meyvə və tərəvəzləri daxil edir. Tez kökəldiyi üçün yağsız xörəklərə üstünlük verir. O, nə siqaret çəkir, nə də içki aludəçisidir. Reklamlarda əlində siqaret və içki ilə çəkilməyə heç vaxt razılıq vermir.

Onun sinəsinə slikon qoydurduğu haqqında söhbət getsə də, apardığı verilişdə bu məsələyə aydınlıq gətirir. Belə ki, model canlı yayıma həkim çağıraraq sinəsinin slikon olub-olmamasını yoxlatdırır. Sinəsinin təbiətin ona verdiyi gözəllikdən biri olduğu üzə çıxır.

Tayra Banks "Victoria's Secret"in kataloquna çəkilən ilk tünd dərili modeldir. Elə buna görə də, 2004-cü ildə "Victoria's Secret"in qiymətli büstqalterini daşımaq ona həvalə olunur. Tayra Benksin daşıdığı büstqalterin hazırlanmasına 275 saatdan çox vaxt sərf olunmuşdu. Onun üzərində 10 karat ağ qızılla birlikdə 70 karatlıq armudvari brilyant və 2900 kiçik brilyant istifadə edilmişdi.

Miranda Kerr hazırda dünyanın ən tələb olunan modellərindən biridir. Boyu 175 sm, çəkisi 52 kq, bədən ölçüləri isə 84-60-86-dır.

Bədəninin gözəlliyini saxlamaq üçün daim idman edən Miranda 13-14 ildir yoqadan əl çəkmir. Xanımlara gimnastika ilə məşğul olmağı tövsiyə edən Miranda bütün bunlara əməl edilərsə, həm sağlam, həm də gözəl bədənə sahib olmağın asanlığını vurğulayır.

Miranda Kerr bu gün dünyanın bir çox nüfuzlu moda evləri ilə işləsə də, "Victoria's Secret" tarixində onun da adı var. O, "Victoria's Secret"-in şousunda iştirak edən ilk avstraliyalı modeldir. Hazırda "Victoria's Secret"lə əməkdaşlığını dayandırsa, vaxtı ilə brendin əsas mələklərdən biri olub. Hətta brendin dünayaya səs salan qiymətli büstqatlerini də nümayiş etdirib. Onun nümayiş etdirdiyi daş-qaşla bəzədilmiş büstqalterin dəyəri 2,5 milyon dollar idi.

Seksual alt paltarı brendinin mələyi olmuş Miranda özü də krujevalı və kişiləri başdan çıxaran büstqalterlər geyinməyi xoşlayır. Hətta müsahibələrinin birində, "Nənəm kişilər haqqında gözəl məsləhətlər verərdi. O, qadınların hər gün baxımlı olmasının tərəfdarı idi. Əgər siz hər gün sadə makiyaj edib, erotik alt paltarları geyinsəniz, onda ərinizin gözü sizdən başqa heç kimi görməyəcək. Kişilər gözləri ilə, qadınlar isə qulaqları ilə sevir..." deyə bildirmişdi. Onun bu etirafını "Victoria's Secret" ilə əməkdaşlığının yenidən davam etməsi üçün atılan addım olduğu deyilir.

"Victoria's Secret"-in başqa bir mələyi braziliyalı məşhur supermodel Allessandra Ambrosiodur. Alessandra model biznesində ilk addımlarını 12 yaşından atıb.

Allessandro da digər həmkarları kimi ən nüfuzlu, tanınmış və seksual alt paltarı brendi ilə əməkdaşlıqla öyünə bilər. Çünki o da brendin ən qiyməti büstqalterini daşımaq şansına sahib olub. Gül motivləri əsasından hazırlanan büstqalterin dəyəri 2,5 milyon dollar idi.

Model dedikdə ağla ilk gələn adlardan biri Klaudiya Şifferdir. Klaudiya Şiffer avqustun 25-i 1970-ci ildə Almaniyanın Raynberq şəhərində anadan olub. Boyu 181 sm, şəkisi 57 kq, bədən ölçüləri isə 94, 62, 91 sm-dir. Sarı saçları, uzun ayaqları və mavi gözlərinə görə onu "Barbi gəlinciyi" adlandırırlar. Gözəlliyi ilə illərə meydan oxuyur. 3 uşaq anası olan Klaudiya gözəlliyini xoşbəxt ailəsi və uşaqları ilə əlaqələndirir. "Qadınlar özlərinə güvəndikcə və hörmət etmədikcə nə edirsə-etsin, çirkin görünür. Həmişə xoşbəxt olmağa çalışın ki, gözəlliyiniz itməsin!" fəlsəfəsi ilə yaşayır.

Seksual ulduz qadınlara formada qalmaq üçün idmanla məşğul olmağı tövsiyə edir. İdmana vaxtı olmayanlara: "Axşam gəzintilərinə çıxın, yaxınlıqdakı mağazaları piyada gəzin, lift yerinə pilləkəndən istifadə edin, ən əsası uşaqların arxasınca qaçın!" söyləyir.

Klaudiya Şiffer "Victoria's Secret"lə işləmək, ən əsası isə bahalı büstqalteri nümayiş etdirmək şansına nail olub. Və bahalı büstqalter nümayişinin ənənəsinin əsası onunla qoyulub. O, 1996-cı ildə podiuma 1 milyon dəyərində büstqalterlə çıxmışdı.

Cazibədar model Denila Pestova 1998-ci ildə podiuma 5 milyon dollar dəyərində yaqut və brilyant qaşlarla bəzədilmiş büstqalterlə çıxır.

Xorvatiyalı model Karalina Kurkova moda tarixinə təkcə, uzun və cazibədar ayaqları ilə düşməyib. Kurkova da seksaul alt paltarı brendindən öz nəsibini alıb. O, məşhur brendin bahalı büstqalter kolleksiyasından ikisini geyinib. 2002-ci ildə Kurkova tərəfindən geyinilən büstqalterdə 60 karatlıq brilyant qaş işlənmişdi. Bundan başqa, 1600 zümrüd və 1150 gül formasında yaqutlar da istifadə olunmuşdu. Bu büstqalterin dəyəri 6,5 milyon dollar idi.

Karalina Kurkova tərəfindən 2006-cı ildə sərgilənən büstqalterdə isə 2200 ədəd brilyant işlənmişdi. Büstqalterin ortasını isə broş formasında olan 10 karatlıq brilyant bəzəmişdi. Bu büstqalter 10 milyona başa gəlmişdi.

Cazibədar model Marisa Miller "Victoria's Secret"in" 2009-cu ildəki dəfiləsinə üzərinə brilyant qaşlar düzülmüş qara ipək büstqalterdə çıxmışdı. Onun özəlliyi ortasındakı ürək formalı brilliant broşu idi. Bu büstqalter isə 3 milyon dollara başa gəlmişdi.

Kendis Sveypoul son dövrlərin ən sevilən modellərindən biridir. Onun da modellik karyerasında "Victoria's Secretin" özünəməxsus yeri var. O, məşhur brendin bu ilki dəfiləsində əsas mələk rolunu öhdəsinə götürür. Onun daşıdığı qiymətli daşlarla bəzənmiş "Krallıq fantaziyası" adlanan büstqalterin dəyəri 10 milyon dollar idi. Bu büstqalter 52 armudvari brilyant və yaqut qaşlarla işlənib. Ümumi olaraq 4200 daşın olduğu büstqalterdə 18 karatlıq qızıldan istifadə olunub.

publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR