Göz ətrafı üçün ən yaxşı kremlər
Bizi izləyin

Bilgi.az

Göz ətrafı üçün ən yaxşı kremlər

İnsanın üzündə ilk qırışan bölgə göz ətrafı olur. Bu bölgədəki dəri daha zərifdir və ətraf mühitə qarşı həssasdır. Ona görə də, mütəxəssislər tövsiyə edir ki, gözlərinizin qırışmasını gözləməyin. 22-23 yaşdan ettibarən göz ətrafı üçün nəzərdə tutulan nəmləndirici kremlərdən istifadə edin.

Publika.az göz ətrafı üçün dünyanın ən yaxşı kremlərini araşdırıb. Bu kremlərin çoxu 35 yaşdan sonra istifadə etmək üçün nəzərdə tutulub. Siyahıya nəzər salın, ancaq krem alarkən onun yaşınıza və göz ətrafınızdakı problemlərə uyğun olmasına diqqət edin.

Estee Lauder Advanced Night Repair

Bu krem göz ətrafındakı bütün problemləri aradan qaldırmaq üçün nəzərdə tutulub. Dəyişikliyi kremi çəkdiyiniz andaca müşahidə edəcəksiniz. Üstəlik, krem gələcəkdə ola biləcək qırışlar və digər problemlərin də qarşısını alır.

Clinique All About Eyes Rich

"Clinique"in göz ətrafındakı bütün problemləri aradan qaldıran bu kremi çox məşhurdur. İllərdir ki, ən çox satılanlar siyahısında yer alan bu kosmetik məhsul göz ətrafını ən yaxşı şəkildə nəmləndirən kremlərdən biri hesab olunur.

Dermalogica Multivitamin Power Firm

Bu məhsulun üstünlüyü, sadəcə, göz ətrafındakı deyil, həm də dodağın ətrafındakı qırışlara qarşı təsirli olmasıdır. İstifadədən bir müddət sonra nazik qırışlar yoxa çıxır. Tərkibindəki antioksidantlar və vitaminlər dəri hüceyrələrini yeniləyir.

Makiyajdan öncə çəkilir və sadəcə, apteklərdə satılır.

The Body Shop Vitamin C Eye Reviver

Qadınların ən yaxşı dostu hesab edilir. Bu krem yuxusuzluğun, yorğunluğun, gərgin iş şəraitinin səbəb olduğu göz ətrafı halqaları və torbaları aradan qaldırır. Tərkibində bol miqdarda C vitamini var.

Bütün dəri tipləri üçün uyğundur.

Nuxe Contour Des Yeux Prodigieux

Hər yaş üçün uyğundur. Həm qadınlar, həm də kişilər istifadə edə bilər. Göz ətrafındakı torbaları və şişkinliyi aradan qaldırır. Tərkibində yaşıl çay və çobanyastığı ekstraktı var. Göz ərtafını nəmləndirir və daha gənc görünüş bəxş edir.

Murad Moisture Silk Eye Gel

Tərkibində bol miqdarda kofein var. Bu krem də göz altındakı torbalar və şişkinliklər üçün nəzərdə tutulub. Nəmləndirmə xüsusiyyəti olduğu üçün göz ətrafındakı dərinin tez qırışmasının qarşısını alır. Tərkibindəki yosun ekstraktı nazik qırışların açılmasına təsir edir. 25 yaşdan sonra tövsiyə edilir.

RoC HYDRA + AntI-FatIgue

35 yaşdan sonra qadınların dərisi elastikliyini itirir. Dəri hüceyrələri sürətlə yenilənmir və ölü hüceyrələr qadını daha yaşlı göstərir. Dəridəki bu dəyişikliyin səbəbi yaşla yanaşı, stress, yorğunluq və gərgin iş şəraitidir. 35 yaşdan sonra göz ətrafında qara halqaların, şişkinliyin miqdarı artır. Hətta "qazayağı" adlandırılan incə və qalıcı qırışlar meydana gəlir. Yaşlılığın bu əlamətlərini ortadan qaldırmaq üçün "RoC HYDRA + AntI-FatIgue" kremi tövsiyə edilir. Bu nəmləndirici krem antioksidantlarla zəngindir, dəri hüceyrələrini yeniləyir.

Mütəmadi olaraq istifadə etdikdə göz ətrafındakı bütün problemləri aradan qaldırır.

OLAY Regenerist Eye Micro Derma Pod

Bu krem pilinq təsiri bağışlayır. Dərini ölü hücüyrələrdən təmizləyir. Masaj edərək çəkildikdə torbaları və şişi azaldır. Yaşlılıq əlamətlərini aradan qaldırır.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm