Möcüzə: Alimlər mamontu diriltdilər - ŞOK
Bizi izləyin

Bilgi.az

Möcüzə: Alimlər mamontu diriltdilər - ŞOK

Amerikalı genetiklər bəşəriyyətin həyatını dəyişə biləcək elmi kəşf barədə məlumat veriblər. Onlar milyon illər öncə kökü kəsilən mamontların 14 genini filin DNT-sinə yerləşdiriblər.

Publika.az-n məlumatına görə, bu barədə "The Sunday Times"ə müsahibəsində Harvarddakı alim qrupunun rəhbəri Corc Çerç məlumat verib.

Alimlər CRISPR genomunan redaktə edilməsi alətindən istifadə ediblər. "Biz ilk növbədə orqanizmin aşağı temperatur şəraitində yaşaya bilməsinə cavabdeh olan genlərlə işləmişik - tük örtüyü, iri qulaqlar, dərialtı piy və ilk növbədə hemoqlobin genləri. Artıq bizim əlimizdə mamont DNT-si fraqmentləri olan sağlam fil hüceyrələri var. Biz hələlik bu təcrübənin nəticələrini alimlərə təqdim etməmişik. Amma ən yaxın zamanda bunu müzakirəyə çıxaracağıq", - deyə alim bildirir.

Çerç mamontları əbədi buzlaqlarda tapılan qalıqların köməyi ilə klonlaşdırmağın əsas əleyhdarlarından biridir. O hesab edir ki, əbədi buzlaqlıqlarda aşkar edilən DNT fraqmentlərini onların ən yaxın qohumları - Hindistan fillərinin hüceyrələrinə yeritməklə qədim heyvanların bütün genomunu bərpa etmək daha ağıllı variantdır. Alimin fikrincə, mamontlar və hətta onların o qədər dəqiq olmayan surətləri əbədi buzlaqlıqları əriməkdə olan tundraların ekosistemini stabilləşdirməkdə kömək edəcək.

Amma heç də bütün alimlər mamontların dirildilməsi ideyasını dəstəkləmir. Qədim DNT üzrə professor Aleks Qrinvud hazırda Afrika və Hindistan fillərinin yox olma təhlükəsi ilə üzləşdiyini qeyd edir: "Biz yaşayan növləri qoruya bilmiriksə, o dünyadan daha bir fili niyə geri qaytarmalıyıq? Əlimizdəki pulları milyonlarla il öncə ölən heyvanın qaytarılmasına sərf etməkdənsə, sağ növlərin müdafiəsinə sərf etmək daha doğru olar".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm