Hitlerin çəkdiyi şəkil hərraca çıxarılır - FOTO
Bizi izləyin

Bilgi.az

Hitlerin çəkdiyi şəkil hərraca çıxarılır - FOTO

Adolf Hitlerin çəkdiyi akvarel şəkli martın 27-də ABŞ-da hərraca çıxarılacaq.

Publika.az "The Guardian" nəşrinə istinadən bildirir ki, şəklin ilkin qiyməti 30 min dollar təşkil edir.

Şəklin eni 27, uzunluğu 34 santimetrdir. Onun Hitler tərəfindən 1912-ci ildə çəkildiyi təxmin edilir.

Akvarel Samuel Morgensternin qalereyasına aid idi. O, 1911-ci ildən başlayaraq Üçüncü reyxin gələcək rəhbərinin şəkillərini satırdı.

Qeyd edək ki, Hitler uşaqlıqdan təsviri incəsənətlə məşğul olub. Onun ümumilikdə iki min şəkil çəkdiyi deyilir. Hitler 1900-cü illərin sonunda Vyana bədii akademiyasına daxil olmaq istəsə də, onun bu cəhdi uğursuz alınıb. Hitler uğursuz cəhdlərdən sonra Birinci dünya müharibəsinə könüllü olaraq gedib və müharibədən sonra özünü siyasi sahədə sınamağa qərar verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm