• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Öldüyü hesab olunan qadın tabutda oyandı

  • Maraqlı
  • 24 Mart 2015 16:15
  • 1 733 Baxış
Öldüyü hesab olunan qadın tabutda oyandı

Almaniyanın Helzenkirhen şəhərində öldüyü hesab olunan 92 yaşındakı bir qadın tabutda oyanıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qocalar evində qalan qadın yatağında hərəkətsiz halda tapılıb.

Qocalar evinin həkimi qadının öldüyünə dair hesabat verib. Dəfn mərasiminə hazırlığın davam etdiyi bir vaxtda tabutdakı qadının gözlərini açması insanları şok edib. Qadın dərhal xəstəxanaya aparılıb və hadisə barəsində polisə xəbər verilib.

Qocalar evinin müdiri Loter Burger həkimin qadının öldüyünü təsdiqlədiyini deyib. "Bu qorxunc bir hadisədir. İndi hər kəs məni parçalayacaq", - o, bildirib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR