Dünyanın ən bahalı almazı tapıldı
Bizi izləyin

Bilgi.az

Dünyanın ən bahalı almazı tapıldı

Cənubi Afrika Respublikasındakı bir mədəndə on milyonlarla dollar dəyərində olan almaz tapılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, almazın 29,6 karatlıq olduğu bildirilir.

"Petra Diamonds" şirkəti tapılan almazın dünyanın ən çox axtarılan növdə və "fövqəladə" bir almaz olduğunu açıqlayıb. Ötən il eyni mədəndə tapılan 25,5 karatlıq almaz 16.9 milyon dollara satılıb. 2008-ci ildə tapılan və "Yusifin ulduzu" adı verilən digər bir almaz isə 9,49 milyon dollara alıcı tapmışdı.

"Petra Diamonds" şirkətinin sahibi olduğu Cənubi Afrika Respublikasındakı "Cullinan" və Tanzaniyadakı "Williamson" mədənlərindən çıxarılan almazlar Londondakı Buckingham sarayında nümayiş olunur. Bu almazlar dünyanın ən nadir və ən qiymətli almazları hesab edilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm