Rəngarəng kirpiklərlə füsunkar baxışlara sahib olun! - FOTOLAR
Bizi izləyin

Bilgi.az

Rəngarəng kirpiklərlə füsunkar baxışlara sahib olun! - FOTOLAR

Dünyanın məşhur vizajistləri hər il yeni makiyajda yeniliklər tətbiq etməklə biz xanımları təəccübləndirirlər. Bu il də yeni bir çılğınlıq dəbə minəcək. 2015-ci ildə rəngarəng kirpiklər dəbin zirvəsini fəth edəcək.

Tuş makiyajın ayrılmaz parçasıdır. Həcmli, uzun və tək-tək ayrılmış kirpiklər gözləri ön plana çıxarmağın ən yaxşı yoludur.

Bu mövsümdə çəhrayı, qırmızı, mavi, yaşıl və bənövşəyi rəngli tuşlardan istifadə adi hal alacaq. Siz də rəngarəng kirpik dəbi ilə ayaqlaşmaq istəyirsinizsə, Publika.az-ın məsləhətlərinə əməl edin!

Rəngarəng tuşlar kirpiklərdə toplanır. Ona görə də bir qat çəkməyiniz kifayətdir.

Belə tuşlar bütün diqqəti gözlərə çəkdiyi üçün makiyajın geri qalanında sadəliyə üstünlük verilməlidir.

Rəngli tuş çəkdikdə saçları toplamaq məsləhətdir. Atquyruğu və ya hörülmüş saç modelləri uyğundur.

Mavi tuşla makiyaj

Mavi tuşları bir çox qadın sevir. Ancaq çox vaxt düzgün makiyaj edə bilmədikləri üçün gülməli vəziyyətə düşürlər. Mavi tuşdan istifadə etdiyiniz günlər dərinizə xəfif bir tonal krem çəkin, pudra ilə tonal kremin davamlılığını artırın. Qaşlarınızı qaş qələmiylə qüsursuz hala gətirin və dodaqlarınızı incə çəhrayı rəngə boyayın. Makiyajınız hazırdır.

Çəhrayı tuşla makiyaj

Neon çəhrayı rəngə müraciət etməyin. Daha tünd çəhrayı çalarına üstünlük verin. Dərinizə sadəcə BB və ya CC krem çəkin. Dodaqlarınıza boya çəkməyin, sadəcə dodaq balzamı ilə xəfif parıltı və nəm verin. Kirpiklərin dibinə tuş ilə eyni rəngdə olan qələm çəkə bilərsiniz.

Bənövşəyi tuşla makiyaj

Bənövşəyi tünd rəng hesab edildiyi üçün makiyajınızı daha asan şəkildə tamamlaya bilərsiniz. Dərinizlə eyni rəngdəki tonal krem çəkdikdən sonra kölgəli göz makiyajı tətbiq edə bilərsiniz. Göz kölgəsində tünd bənövşəyi və ya boz rəngə üstünlük verə bilərsiniz.

Qırmızı tuşla makiyaj

Qırmızı tuş ən iddialı seçimdir. Ancaq doğru makiyajla qırmızı tuşla da gözəl görünmək mümkündür. BB və ya CC krem çəkdikdən sonra pudra ilə makiyajın davamlılığını artırın. Daha sonra dodaqlarza dəri tonunuza yaraşan və tuşunuzla uyğunlaşan qırmızı rəngli dodaq boyası çəkin.

Bu makiyajla həm dəbdəbəli, həm də gözəl görünəcəksiniz.

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm