Saqqal saxlayan ingilis qadın: “Bir ildir üzümü qırxmıram” – FOTO
Bizi izləyin

Bilgi.az

Saqqal saxlayan ingilis qadın: “Bir ildir üzümü qırxmıram” – FOTO

İngiltərədə yaşayan bir qadın görüntüsü ilə hamını təccübləndirir. Onu ilk görənlər "Eurovision"nun ötən ilki qalibi Konçitaya bənzədir. Amma vəziyyət başqadır.

Publika.az ANS PRESS-ə istinadən bildirir ki, Annalisa adlı qadında hormonal pozğunluq başlayıb. Buna görə də onun üzündə kişilərdə olduğu kimi saqqal çıxır.

Annalisanın ən böyük dəstəkçisi isə həyat yoldaşıdır. 5 illik evlilik ildönümlərini qeyd etməyə hazırlaşan cütlük maraqlı görüntüləri ilə hamını təəccübləndirə bilir.

Üzündə saqqal çıxmağa başlayandan sonra ailə həyatında dəyişiklik olmadığını deyən Annalisa "sevgimizdə hər hansı azalma olmadı. Hətda bir-birimizi daha çox sevməyə başladıq. Çünki pis gündə də bir birimizin yanında olmağa söz vermişik", deyə bildirir.

Gənc qadın saqallarını evlilik ildönümündə qırxmaq niyyətindədir. Onun sözlərinə görə, bir ildir ki, saqqalını qırxmır. "Amma ildönümünün şərəfinə qırxacağam".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm