Azərbaycanda yumurtadan 4 ayaqlı cücə çıxdı - VİDEO
Bizi izləyin

Bilgi.az

Azərbaycanda yumurtadan 4 ayaqlı cücə çıxdı - VİDEO

Bərdədə yumurtadan çıxan cücə digərlərindən 4 ayağı olmasına görə fərqlənib. Görənləri təəcübləndirən əlavə ayaqlar isə cücənin yeriməsini çətinləşdirir.

ANS TV-nin məlumatına görə, Bərdənin Alaçadırlı kəndinin sakini Zeynəb Rzayeva 3 ildir şəxsi təsərrüfatında müxtəlif ev quşları bəsləyir. Əksər hallarda ev quşlarını öz təsərrüfatında yetişdirən Zeynəb xanım bəzən də rayondakı cücə sexlərində aldığını deyir. Ötən həftə isə də aldığı cücələrdən birinin 4 ayağı olduğunu 3 gün sonra görüb. İndiyə qədər belə hala rast gəlmədiyini deyən təsərrüfat sahibi bunu möcüzə adlandırır.

"O cücələrdən biraz fərqlənir. Ancaq yeməyi yaxşıdı. Ancaq elə bil yerişində bir az fərq var", – deyə Zeynəb Rzayeva bildirib.

Mütəxəssislər bu cür halların nadir hallarda baş verdiyini söyləsə də, burada heç bir möcüzənin olmadığını deyirlər. Onlar sadəcə olaraq yumurtadakı toxumda normal inkişafın getməmsilə əlaqələndirir.

Baytar Hafiz Məmmədov deyir ki, bu cür hallar tez-tez deyil, nadir hallarda baş verir.

Bərdə rayon baytarlıq idarəsində onu da bidirdilər ki, bu cür anormal halların baş verdiyi heyvanların yaşamaq şansı aşağı olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm