• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Diri qurbağa yedi, beynindən qurd çıxdı - FOTOLAR

  • Maraqlı
  • 27 Mart 2015 19:12
  • 1 149 Baxış
Diri qurbağa yedi, beynindən qurd çıxdı - FOTOLAR

Çində yaşayan qadının uşaqlıqda diri qurbağa yeməsi ona baha-başa gəlib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı Yin Menq düz 6 ildir ki, baş ağrılardan əziyyət çəkir. Ağrılara dözə bilməyən qadın Çinin Yunyan əyalətində yerləşən xəstəxanaya üz tutub. Həkimlər qadının baş ağrısının səbəbini tapıb. Maraqlısı odur ki, həkimlər qadnın beynində inkişaf edən qəribə bir tapıntı ilə üzləşib.

Lakin inkişaf edən qəribə tapıntının nə olduğunu ayırd edə bilməyiblər. Qadın əməliyyat olunub və həkimlər onun beynindən 10 santimetr uzunluqda qurd tapıblar.

Xəstəxananın həkimi deyib: "Qadın 10 ildir ki, parazit yoluxması nəticəsində Sparqanoz adlı xəstəlikdən əziyyət çəkib. Son 6 ildə Sparqanoz qurdu onun beynində inkişaf edərək əsəb sistemlərinə toxunub ".

Qeyd edək ki, Sparqanoz çirkli sudan, qurbağa və ilan əti ilə qidalandıqda yoluxur.

Adətən bu qurdlar insanın beyin və gözündə yaşayır. Hadisəni qadına danışıdqdan sonra o öz keçmişini xatırlayaraq deyib: "5 yaşım olarkən nənəmələ qurbağa tutub onları diri-diri yeyərdik. Və beləcə parazitə yoluxmuşam".

Nura

Xəbər lenti

DAHA ÇOX XƏBƏR