• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Bu axşam Bakı qaranlığa qərq olacaq - AKSİYA

  • Maraqlı
  • 28 Mart 2015 10:12
  • 876 Baxış
Bu axşam Bakı qaranlığa qərq olacaq - AKSİYA

Bu gün "Yer saatı" ("Earth Hour 2015") beynəlxalq aksiyası keçiriləcək. Bu il "Yer saatı" aksiyasında dünyanın 156 ölkəsinin sakinləri iştirak edəcək. Onların arasında Azərbaycanda var.

Publika.az-ın məlumatına görə, proqram çərçivəsində qlobal aksiyanın iştirakçıları özləri ilə fənər, alışqan götürərək saat 20:00-da Azadlıq meydanında toplaşacaqlar. Bir saat ərzində - saat 20:30-dan 21:30-dək Hökumət evinin və "Marriott Absheron" otelinin fasadının işıqlandırılması dayandırılacaq.

Layihə saat 22:00-da başa çatacaq.

Xatırladaq ki, layihə çərçivəsində dünyanın müxtəlif bölgələrində yaşayan bir milyarddan çox adam insan dəyişikliyinə qarşı həmrəylik nümayiş etdirmək üçün birləşir. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) keçirdiyi beynəlxalq tədbir hər il martın son şənbə günündə keçirilir.

Bu, bəşəriyyət tarixində ən kütləvi ictimai aksiyadır. Aksiya çərçivəsində insanlar iqlim dəyişikliyi probleminə diqqəti artırmaq üçün bir saatlığa işığı və həmin vaxt vacib olmayan digər elektrik cihazlarını söndürür. "Yer saatı" zamanı aksiyada iştirak edən böyük şəhərlərin rəmzi olan binaların da işıqları söndürülür.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR