Bunlar ancaq İsraildə ola bilər – FOTOLAR
Bizi izləyin

Bilgi.az

Bunlar ancaq İsraildə ola bilər – FOTOLAR

Dünyanın hər bir ölkəsinin özünəməxsus xüsusiyyətləri, özəllikləri var. Belə dövlətlərdən biri də İsraildir. Məsələ burasındadır ki, sözügedən ölkənin sakinləri, vətəndaşların yaşam tərzi, adət-ənənələri başqa yerlərdə mövcud deyil.

Publika.az yəhudi xalqının qəribəlikləri ilə bağlı məqamları təqdim edir:

Hər ikisi yubka geymiş cütlük.Yox, onlar seksual azlığın üzvləri deyil. Bu, İsrailin Purim bayramıdır. Həmin karnavalda bəzi oğlanlar sevdikləri qızla eyni paltarı geyinir.

Küçədə qəribə geyimi ilə çoxlarının diqqətini cəlb edən satıcı. Onun xarici görkəminin qeyri-adi olması çoxlu müştəri cəlb etməsinə hesablanıb.

Silahlı İsrail qadınları – dünyanın çox az ölkəsində qadınları bu geyimdə və silahlarla görə bilərsiniz. Yeri gəlmişkən, İsrail Silahlı Qüvvələrində qadınların çoxluğu ilə seçilən ölkələrdəndir.

Hər kəs kimi dünya şöhrətli yəhudi model də orduda xidmət edib. Fotolardan birində onun qucağına yatan körpəsi görünür.

Toy günü. Cütlük ən gözəl anlarından birini təyyarənin qanadında keçirməyi qərara alıb.

Bu ölkədə həlak olmuş insanların küçələrdə bir anlıq sükutla yad edilməsi hallarına tez-tez rast gəlinir.

Ancaq İsraildə sevgiliniz sizinlə görüşə bu cür silahla – avtomatla gələ bilər.

İsrail ordusunun ehtiyatda olan hərbçilərinə komandanlıq edən zabitlərin bir qismi yaşca həmin şəxslərin övladlarından balacadırlar.

Bu ölkədə qeyd edilən YomKipur günündə 24 saat ərzində küçələrə avtomobillə çıxmaq qadağandır. Həmin gün hər kəs ancaq küçələrdə velosipedlə gəzə bilər. Sakinlər həmin bayramı zarafatla "Velosiped günü" də adlandırırlar.

Bu yol bildirişlərinin üzərinə "Ehtiyatlı olun, tanklar!" sözləri yazılıb.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm